Dezinformasiyalara cavab - 17 (Audio)
Azadlıq və Yeni Musavat qəzetlərində anti-İran xəbərlər haqda ekspertlərin fikirləri.
Azadlıq qəzeti :
Azadlıq qəzeti "Azərbaycan hakimiyyəti üçün İran nümunəsi, molla rejimi cəhalətin, YAP rejimi müasirliyin fatihəsini oxuyur" başlıqlı məqalədə yazır: Uzun müddət Qərblə münasibətlərdə Buz dövrü yaşayan ölkələr də başa düşürlər ki, dövlətin və millətin mənafeyi naminə buzları əritmək lazımdır. Ona görə də İran hakimiyyəti ciddi addımlar atdı və dünyadan təcrid siyasətinin effektsiz olduğunu təsdiqlədi. Bəli İran rəhbərliyi başa düşür ki dünyaya inteqrasiyanın demokratik idarə etməyin alternativi yoxdur və ənənəvi siyasətin davamı fəlakətə xidmət edir. Bütün bunları hazırlatmaqda məqsədimiz Azərbaycan hakimiyyətinə daha bir nümunəni təqdim etməkdir. İran kimi qapalı , mühafizəkar , demokratik dünya ilə körpüləri yandırmış bir ölkə yenidən dünya ilə əməkdaşlığa can atır.
Artıq İran nümunəsi göstərdi ki Azrəbaycan hakimiyyətinin ikili standartlar, dünya bizə paxıllıq edir , ABŞ-ın tələbləri milli maraqlarımıza təhdiddir kimi təbliğatı nağıldı. ...
Yeni Müsavat qəzeti :
Yeni Müsavat qəzeti İranla Səudiyyət rejimi arasında yaranmış gərginlik barədə politoloq Şahin Cəfərlinin fikirlərini işıqlandırıb.
Politoloq deyir: İranın regionda nüfuz dairəsini genişləndirməsi həm Ərəbistanın həm də Türkiyənin maraqlarını təhdid etməkdədir. İranın məzhəbçiliyə əsaslanan islam inqilabını ixrac etmə missiyası bölgədə Türkiyənin dünyəvi-dövlət modeli ilə toqquşur. Bu ənənəvi rəqabət regional məsələlərə münasibətdə də özünü göstərir. Suriyada tərəflər arasındakı kəskin ziddiyyət artıq hamıya bəllidir. İran Əsədə sahib çıxarkən Türkiyə ilə Səudiyyə Ərəbistanı Əsədin dərhal hakimiyyətdənuzaqlaşdırılması istiqamətində siyasət yeridir. ...