Fev 01, 2016 18:18 Asia/Baku
  • “Minsk qrupunun deyil, Azərbaycanın dəyişilməsindən söhbət getməlidir”
    “Minsk qrupunun deyil, Azərbaycanın dəyişilməsindən söhbət getməlidir”

Hikmət Hacızadə: “Minsk qrupunun deyil, Azərbaycanın dəyişilməsindən söhbət getməlidir”

on günlər yenidən Minsk qrupunun yartmaz fəaliyyəti ilə bağlı ölkə rəsmiləri fikirlər səsləndirməyə başlayıblar. Məxsusən də AŞPA-nın sessiyasında Azərbaycanla bağlı bəzi məsələlərin müzakirəsinə ciddi şəkildə Minsk qrupu üzvlərinin etiraz etməsi bu fikirlərin formalaşmasına ciddi təkan verib. Ölkə başçısı qeyd edib ki, ATƏT-in Minsk qrupu əlindən gələni edir ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmasın. Bu baxımdan, bəziləri Minsk qrupunun tərkibinin dəyişilməsi və ya əlavələrin edilməsini zəruri addım kimi irəli sürürlər.

Politoloq Hikmət Hacızadə eyib ki, ictimaiyyətdə Minsk qrupunun fəaliyyəti ilə bağlı ciddi fikir yalnışlığı var: “İlk olaraq bilmək lazımdır ki, Minsk qrupu məhkəmə, qanunverici orqan, tribunal statusunu daşımır. Minsk qrupu yalnız münaqişə tərəflərinin danışıqlar aparmasını yüngülləşdirmək üçün yaradılmış bir qurumdur.

Minsk qrupunun daşıdığı mandatın səlahiyyət çərçivələri bunlarla məhdudlaşır. Digər tərəfdən Minsk qrupunun tərkibində olan ölkələr BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bəzən qeyd edilir ki, Minsk qrupunun tərkibini dəyişmək və ya əlavələr etmək lazımdır. Amma anlamaq lazımdır ki, bu ölkələrdən kənar qaçmaq mümkün olmayacaq. Həmin ölkələr məsələni həll edirlər. Minsk qrupunun tərkibinə Türkiyə, Almaniya və ya hər hansısa bir ölkəni salsaq ciddi bir şey dəyişməyəcək.

Çünki, son söz ABŞ, Fransa, Rusiya kimi, ölkələrin olacaq. Əfsuslar olsun ki, bu ölkələrlə bağlı fərqli qərar qəbul etmək olmaz. Sadəcə olaraq Azərbaycan dəyişməlidir. Daha çevik siyasət yürüdülməlidir. Azərbaycan mümkün olan bütün addımları atmalıdır ki, dünya ictimaiyyəti biz tərəfə dönsün. Azərbaycan isə təəssüflər oslun ki, bu addımları atmır və gözləmə mövqeyindədir”.


/Deyerler.org/


Teqlər