Fev 05, 2016 10:29 Asia/Baku

Yeni Müsavat və Gündəm Xəbər qəzetlərində anti-İran xarakterli xəbərlər haqda.

Az. R-da bəzi mətbu orqanları İranla Altılar qrupu arasındakı nüvə razılaşmasının icrasını Azərbaycanın yox Ermənistanın xeyrinə olan bir addım kimi qələmə verməyə çalışmışlar.


Yeni Müsavat :

Yeni Müsavat qəzeti "Tehrana qarşıp sanksiyaların ləğvi Ermənistanı gücləndirməcəkmi?" sərlövhəli məqalədə yazır: Azrəbaycan ərazilərini işğalda saxlaması səbəbindən özünü təcrid vəziyyətinə salmış İrəvanda daim bu fikir xüsusi vurğulanıb ki İran, Ermənistan üçün təfəslik rolunu oynayır və bu nəfəslik qapadılsa ermənilər boğular. Hazırkı mərhələni isə Ermənistanın özünə də əlavə "oksigen mənbəyi " hesab etmək olar. Bu mənada əksər müşahidəçilərin fikrincə fars-erməni qardaşlığının İrəvan-Tehran əməkdaşlığının bundan sonrakı inkişafı daha da sürətli templə həyata keçiriləcək ki ıbu da Ermənistanın işğalçlığını stimullaşdıracaq. Hətta Ermənistanın İran vasitəsi ilə dünyaya çıxış imkanları artır...

Mözu ilə bağlı hörmətli ekspert Mirmehdi Darafərinin fikirlərini audio materilda dinləyə bilərsiniz.


Gündəm Xəbər :

Gündəm Xəbər qəzeti saxta bir məlumatı öz səhifəsində dərc edib. Məlumatda deyilir: Ayətullah Xamenei Səudiyyə səfirliyinə hücum edənləri müdafiə etdi. O Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumu pisləsə də hücumçulara qarşı təzyiq və ya təqibin dayandırılmasını tələb edib.

Göründüyü kimi qəzet İnqilab Rəhbərinin fikirlərini bütövlükdə təhrif edib. Çünki Həzrət Ayətullah Əl-Üzma Xamenei açıq-aşkar səfirliyə hücumun yanlış hərəkət orluğunu vurğulamışlar və heç bir vəchlə hücumçulara qarşı ölçü götürülməsinə qarşı çıxmamışlar. Ona görə də İran rəhbərinin Ərəbistan səfirliyinə hücum edənləri müdafiə etməsi doğru deyil.

Mözu ilə bağlı hörmətli ekspert Qəhrəman Nuraninin şərhini audio materialda dinləyə bilərsiniz.


Teqlər