Fev 05, 2016 10:38 Asia/Baku
  • “Suriya danışıqlarında müxalifətə dəstək verən qüvvələrin maraqları daha önəmli rol oynayır”
    “Suriya danışıqlarında müxalifətə dəstək verən qüvvələrin maraqları daha önəmli rol oynayır”

Zərdüşt Əlizadə: “Suriya danışıqlarında müxalifətə dəstək verən qüvvələrin maraqları daha önəmli rol oynayır”


Suriya mövzusu ilə bağlı danışıqlar təxirə salınıb. Buna səbəb kimi, Suriya müxalifətinin danışıqları tərk etmək istəməsi olub. Belə ki, danışqıların müəyyən müddətə təxirə düşməsi prosesin yenidən gərgin məcraya daxil olmasına səbəb olacaq. Ekspertlər Suriya danışıqlarının kənar qüvvələrə görə, uzandığını qeyd edirlər.


Politoloq Zərdüşt Əlizadə  deyib ki, belə şəraitdə hər bir tərəf öz uğuruna və qələbəsinə inanır: “Suriya ilə bağlı danışıqların baş tutmasının süni manelərlə əlaqələndirməzdim. Çünki, döyüş meydanında vəziyyət qeyri-müəyyəndir. Qüvəllər nisbəti çox dağınıqdır. Belə şəraitdə hər bir tərəf öz uğuruna və qələbəsinə inanır.


Bu durumda da bacardığından və layiq olduğundan daha artıq güzəştlər tələb edir. O cümlədən Suriya müxalifəti tələb edir ki, hücumlar və bombalanmalar dayansın. Eyni zamanda, Suriya hökumətinin də özünün şərtləri var. Düşünürəm ki, ən düzgün məsələ dəyirmi masa ətrafında oturub, sonra şərtlər irəli sürərdilər. Bir-bir həmin şərtləri razılaşdırardılar.


Amma danışıqlar başlamadan öncə şərtlərin irəli sürülməsi o zaman mümkün olur ki, tərəflərdən biri tam qalibdir. Suriyada isə belə bir durum yoxdur. Şübhə yoxdur ki, həm Suriya hökumətini, həm də müxalifəti dəstəkləyən xarici qüvvələr var.


 


Müxalifətin müxtəlif dəstələrini müxtəlif ölkələr dəstəkləyir. Həmin ölkələrin də Suriyadan istədikləri məsələlər müxtəlifdir. Bu baxımdan, Suriya müxalifətinin mövqeyi vahid deyil. Onlar yalnız Bəşər Əsədin devrilməsi məsələsində eyni fikirdədirlər. Amma bu gün müxalifətin tələb etmə dövrü deyil. Çünki, hökumət qüvvələri üstünlük təşkil edirlər. Düşünürəm ki, indiki durumda Suriya danışıqları çox uzun zaman davam edəcək. Çünki prosesdə Suriya müxalifətinin deyil, onlara dəstək verən ölkələrin maraqları həlledici rol oynayacaq”.


 


/Deyerler.org/


Teqlər