“İntiqam Əliyevə verilən mükafat onun işinə heç bir təsir göstərməyəcək”
-
“İntiqam Əliyevə verilən mükafat onun işinə heç bir təsir göstərməyəcək”
“Bu günlərdə İntiqam Əliyevə Qərbin çox nüfuzlu təşkilatında ciddi bir mükafat verildi.
İntiqam Əliyev həbs olunduqdan sonra bir çox beynəlxalq təşkilatların mükafatlarını alıb”. Bunları İntiqam Əliyevlə bağlı vəkil Şəhla Hümbətova deyib.
O qeyd edib ki, İntiqam Əliyev beynəlxalq təşkilatların diqqət
mərkəzindədir: “Ötən ilin oktyabrın ayında da Beynəlxalq Vəkillər
Asossasiyasının “ilin hüquq müdafiəçisi” mükafatını alıb”. Bütün bunlar
onu göstərir ki, İntiqam Əliyevin fəaliyyətləri beynəlxlq alımdə ciddi
şəkildə dəyərləndirilir. İntiqam Əliyevin bu cür mükafatlara layiq
görülməsi çox müsbət bir prosesdir. Belə ki, dünyanın bir çox hüquq
müdafiəçiləri, vəkilləri Azərbaycandakı mövcud vəziyyətdən xəbərdar
olurlar. Bu mükafatlar İntiqam Əliyevin övladlarına təqdim edilir və
İntiqam Əliyevin özü ilə bağlı geniş məlumat verilir. Amma bu
mükafatların və diqqətin bizim məhkəmələrə heç bir aidiyyatı yoxdur.
Ümumiyyətlə, bu mükafatların İntiqam Əliyevin işinə hər hansısa bir
müsbət təsirinin olacağını düşünmək çətindir.
İntiqam Əliyevin Ali Məhkəmədəki işi fevral ayının 25-nə təyin edilib. Mən bu həftənin sonuna qədər İntiqam Əliyevlə görüşəcəyəm".