Fev 14, 2016 16:02 Asia/Baku
  • Aslan İsmayılov: “Apelyasiya şuralarının yaradılması publikaya işləyən çox uğursuz kampaniyadır”
    Aslan İsmayılov: “Apelyasiya şuralarının yaradılması publikaya işləyən çox uğursuz kampaniyadır”

Aslan İsmayılov: “Apelyasiya şuralarının yaradılması publikaya işləyən çox uğursuz kampaniyadır”


 Son günlər Az. R-da  şikayət ərizələrinə daha dinamik şəkildə baxılması üçün müxtəlif nazirliklərin tərkibində apelyasiya şuraları yaradılmağa başlanılıb. İlk olaraq Prezident Adminstrasiyası yanında yaradılan bu qurum daha sonra Maliyyə, Müdafiə, İqtisadiyyat və s. nazirliklərin nəzdində yaradıldı.

 

Tanınmış vəkil Aslan ismayılovun nəzərincə bu cür addımların heç bir effekti ola bilməz. İsmayılov deyir:  “Ümumiyyətlə bu mövzu ətrafında baş verənlərə baxdıqca hökumətin həqiqətən başını itirdiyinin şahidi oluruq. Bu cür qurumların özü insanların bərabərlik hüququnu pozur. Yəni, şəxs sahibkardırsa onun şikayətinə baxılmalıdır, digəri adi vətəndaşdırsa onun şikayətinə baxılmayacaq. Ümumi konteksdən çıxış etsək bu şuralara daxil olan şəxslər həmin o şikayətlərə baxmalı olan şəxslərdir. Yəni belə çıxır ki, bu şəxslər özləri özlərinə nəzarət edəcəklər.

İstənilən qanun pozuntularının qarşısını almaq üçün yeni orqan yaratmaq yeni rüşvət mənbəyi yaratmaq deməkdir. Çünki, elə yeni yaradılan Apelyasiya Şuralarında təmsil edilən şəxslər öz vəzifələrini layiqincə yerinə yetirsələr, bu anarxiya baş verməzdi. Bu qurumların yaradılması sadəcə publikaya işləyən bir kampaniyadır və çox uğursuz kampaniyadır”.

/Deyerler.org/


Teqlər