"Axtarışlar yanvar ayının sonundan dayandırlıb”
-
axtarışlar yanvar ayının sonundan dayandırlıb”
Mirvari Qəhrəmanlı: “Düşünürəm ki, axtarışlar yanvar ayının sonundan dayandırlıb”
Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş verən
yanğın zamanı itkin düşən neftçilərin axtarışı dayandırılıb. İtkin
neftçilərin ailələrindən verilən məlumata görə, artıq uzun müddətdir ki,
nə gəmilər, nə təyyarələr, nə də dalğıclar axtarış aparır. Ailələr
itkinlərin tapılacağından əllərini üzdüklərini qeyd ediblər. Bu rəsmən
təsdiq və ya təkzib edilməsə də məsələ artıq ortadadır.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, ümimiyyətlə axtarışlar effektli şəkildə aparılmadı: “Mən düşünürəm ki, neftçilərin axtarışı indi dayandırılmayıb. Artıq yanvar ayının axırlarından neftçilərin axtarışları dayandırlıb. Əgər axtarışlar davam etdiriləsəydi mütləq FHN müəyyən press relizlər yayardı. Amma bu müddət ərzində biz heç bir press relizə rast gəlməmişik. Ümimiyyətlə axtarışlar effektli şəkildə aparılmadı. Belə ki, sadəcə hər hansısa bir yerdə bir cəsəd tapıldıqda onun DNK-sı ilə kimliyi müəyyən edilirdi. Daha sonra isə ictimaiyyətə xəbər verilirdi. Bununla işi bitmiş hesab edirdilər. FHN-nin effektli axtarış aparması üçün son tələblərə cavab verən texnikaları yoxdur. Bu baxımdan lazım olan nəticələr əldə edilə bilmədi. Mən itkin düşən, həyatını itirən neftçilərin ailələrinin nə düşündüyünü bilmirəm, amma məncə proses lazımi effektlə aparılmadı”.
/Deyerler.org/