Fev 20, 2016 19:21 Asia/Baku
  • mirvari qəhrəmanlı
    mirvari qəhrəmanlı

Mirvari Qəhrəmanlı: “Əfv komissiyası heç bir məsələnin həllində ciddi rol oynamır”

lham Əliyev Prezident yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısı yanında Əfv Məsələləri Komissiyasının  yeni tərkibi təsdiq edilib. Ekspertlər yeni tərkiblə bağlı da nikbin fikirdə deyillər.

 Hüquq Müdafiəçisi Mirvari Qəhrəmanlı  deyib ki, Əfv Komissiyasına Səttar Mehbalıyevin yerinə Novella Cəfəroğlu salınsaydı daha yaxşı olardı: “Əfv Komissiyasının yeni tərkibi təsdiq olunub. Sevindirici haldır ki, Əfv Komissiyasına vətəndaş cəmiyyətinin də nümayəndələri daxil oldu. Amma yeni təsdiq olunmuş bu tərkiblə bağlı iki iradım var. Çox təəssüflər olsun ki, bu quruma yenə nazirləri salıblar. Bu quruma kifayət qədər vaxtı olan, hər bir əfv siyahısına təqdim edilən məhbusu ciddi şəkildə müzakirə etməyə vaxtı olan şəxslər daxil olmalıdır. Bu komitəyə daxil edilən nazirlər kifayət qədər məşğul olan insanlardır. Onların öz işləri ilə bağlı kifayət qədər məsuliyyətləri, öhdəlikləri var. Axı necə ola bilər ki, hər hansısa bir nazir bu komissiyada saatlarla oturub məhbuslarla bağlı müzakirədə iştirak etsin. Bu baxımdan düşünürəm ki, bu komissiyada onların aktiv fəaliyyəti olmayacaq.


 Onlar sadəcə çoxluğun rəyinə tabe olacaqlar. İkinci iradım isə Əfv Komissiyasına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin daxil edilməsi ilə bağlıdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası kifayət qədsər böyük bir təşkilatdır. Anlayıram ki, S.Mehbalıyevi bu quruma ictimai təşkilatların nümayəndəsi kimi daxil ediblər. Onu qeyd etmək lazımdır ki, S.Mehbalıyev hələ heç öz tabeliyində olanlarla belə ədalətli münasibət sərgiləmir.Düşünürəm ki, bu şəxsin əvəzinə daha yaxşı olardı ki, ölkədə fəaliyyət göstərən əlahiddə bir qurum kimi, qadınlar təşkilatının nümayəndələri daxil edilsin. Məsələn mən məmnuniyyətlə Novella Cəfəroğlunun Əfv Komissiyasına daxil edilməsini arzulayaradım. Çünki, Azərbaycanda əlahiddə qadın həbsxanası var. Qadınlar təşkilatının nümayəndəsinin orada oturması çox zəruri idi. Ümumiyyətlə komissiyanın özü formal xarakterli bir qurumdur və məsul olduğu sahədə ciddi bir rolu da yoxdur.


 /Deyerler.org/


Teqlər