Mart 23, 2016 19:18 Asia/Baku
  • Azər Qasımlı: “Viza rejiminin ləğvi hər iki tәrәf üçün müsbət haldır”

İyulun 1-dən Türkiyə vətəndaşları Avropaya vizasız səyahət edə biləcəklər.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər. Artıq bu barədə Türkiyə və Avropa Birliyi təmsilçiləri arasında razılaşma əldə edilib. Əvəzində isə Türkiyə Avropaya qaçqın axınının qarşısını alacaq.

 

Politoloq Azər Qasımlı deyib ki, bu qərar Türkiyə ilə Avropa Birliyi arasında münasibətlərin daha da sıxlaşmasına təkan verəcək: “Bu qərarın Türkiyə ilə bağlı ciddi dəyişikliyə səbəb olacağını düşünmürəm. Amma təbii ki, gediş-gəlişlər sərbəst şəkildə olacaq. Bu Türkiyənin çoxdankı arzusudur. Bu artıq reallaşdı və bu Türkiyə qarşısında hansısa maneənin götürlməsi deməkdir. Artıq uzun zamandır ki, Türkiyə Avropa ölkələri ilə bağlı sənədlər imzalayır. Bu müddət ərzində heç bir problem olmayıb. Viza rejiminin ləğvi həm Avropa üçün, həm də Türkiyə üçün müsbət bir haldır. Bu istər siyasi, istərsə də iqtisadi münasibətləri yaxşılaşdıracaq”.

 

Politoloq bu məsələnin Azərbaycana müəyyən təsirlərini istisna etməyərək qeyd etdi ki, Türkiyə Avropa ilə yaxınlaşırsa bunun Azərbyacana müsbət təsriləri ola bilər: “Avropa ilə Türkiyə arasında viza rejiminin ləğv edilməsi Azərbaycana birbaşa təsirinin olacağını düşünmək olmaz. Azərbaycanın Türkiyə və ya Avropa ilə münasibətlərində ciddi dəyişiklik yaranmayacaq. Amma bu gün regionda böyük bir dövlət olan Türkiyə Avropa ilə yaxınlaşırsa, bunun Azərbyacana müsbət təsriləri ola bilər. İrəlidə Azərbaycanın da Avropa ilə münasibətləri daha da yaxınlaşa bilər. Amma burada Rusiya faktoru da nəzərdən qaçırılmamalıdır. Çünki, hər zaman bu münasibətlərin pozulması üçün hərəkətə keçə bilər. Nə qədər ki, Rusiya faktoru aradan götürülməyib, Qərblə yaxın ölkələrin münasibətlərinin inkişafı Azərbaycan kimi ölkələrə ciddi təsir etməyəcək. Amma Türkiyə-Avropa münasibətlərinin inkişafı təbii ki, başlanğıclardan biridir və müsbət bir proses kimi dəyərləndirilməlidir”.

 

/Deyerler.org/


Teqlər