"Azərbaycan artıq geridə qalmış xuliqan bir ölkə kimi qəbul edilir"
Tofiq Yaqublu: "Azərbaycan artıq geridə qalmış xuliqan bir ölkə kimi qəbul edilir"
Əkrəm Əylisliyə qarşı qaldırılmış cinayət işi rəzalətin pik nöqtəsidir. O boyda yazıçı xuliqanlıq zəminində ittiham edilir”. Bunları Deyerler.org-la fikirlərini bölüşərkən Müsavat Partiyasının başqanının müavini Tofiq Yaqublu bildirib.
Ölkənin ictimia-siyasi durumu ilə bağlı fikirlərini bölüşərkən bir sıra məqamlara toxunan keçmiş siyasi məhbus daha çox hökumətin azalmaq bilməyən təzyiqlərindən danışıb. O, beynəlxalq təzyiqlərin də vaciblyini vurğulayaraq bildirib ki, hökumət daha sərt addımlar ata bilərdi: “Ölkədəki ictimai-siyasi durum çox bərbad bir vәziyyәtdә olduğunu hesab edirəm. Azәrbaycanda irtica daha da artıb.
Eyni zamanda, hakimiyyətin siyasəti daha da mürtəceləşib. Vətəndaş cəmiyyəti, siyasi müxalifət küncə sıxışdırılıb və onları təzyiqlərlə əzmək əzmindədirlər.
Düşünürəm ki, hələ yaxşı ki beynəlxalq təzyiqlər var. Əgər beynəlxalq təzyiqlər olmasaydı hökumət bütün fərqli düşünənləri divara dirəyib güllələyərdi və heç narahat olmazdı. Hökumətin gücü indiki şəraitdə yalnız həbslərə və bu cür represiyalara çatır. Bu gün Əkrəm Əylisliyə qarşı qaldırılmış cinayət işi rəzalətin pik nöqtəsidir, tanınmış yazıçı xuliqanlıqda ittiham edilir. Bu addımdan sonra Azərbaycana kifayət qədər ciddi təzyiqlər gələcək.
Hökumət hələ də anlamır ki, təzyiqlər iqtidara ünvanlansa da Azərbaycanın ciddi şəkildə nüfuzu korlanır. Azərbaycan artıq geridə qalmış xuliqan bir ölkə kimi qəbul edilir. Bu Dağlıq Qarabağ probleminin həllində də ciddi manelərə səbəb olacaq. Tam əminəm ki, Azərbaycan demokartik ölkə olsa idi, Qərb Dağlıq Qarabağ münaqişəsində bizi birmənalı şәkildә dəstəkləyərdi və problem çoxdan həllini tapamışdı. Bir tərəfdən iqtisadi vəziyyət də getdikcə pisləşir. Ümumiyyətlə ölkəmizlə bağlı müsbәt heç bir hal görünmür. Bir məsələdə əminliyim var ki, bu iqtidar getməyənə qədər heç bir sahədə uğur olmayacaq. Bu baxımdan ölkədə demokratik seçkilər keçirilməldir. Əgər Azərbaycan cəmiyyəti bunu bacarmayacaqsa, çox təəssüf ki, uzun illər bu cür zillətdə yaşayacaq”.
/Deyerler.org/