“AŞPA Qarabağla bağlı tarazlaşmış qətnamə qəbul edəcək”
Arzu Abdullayeva: “AŞPA Qarabağla bağlı tarazlaşmış qətnamə qəbul edəcək”
Aprelin 18-dən 22-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasinın (AŞPA) yaz sessiyası keçiriləcək. Sessiyada Qarabağ məsələsi də gündəliyə salına bilər. Sessiyada Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrin müzakirəsi də gözlənilir. Ermənistan mediasının yaydığı xəbərlərdə isə, erməni deputat qrupunun Azərbaycana qarşı sənəd layihəsinin AŞPA-nın sessiyasında qaldırmağa hazırlaşdığı bildirilir.
Hüquq müdafiəçisi Arzu Abdullayeva Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Ermənistan diplomatları nə qədər səy etsələr də AŞPA-da fərqli mövqe görə bilməyəcəklər: “AŞPA-nın bugünkü iclasda Azərbaycan əleyhinə heç bir qətanmə qəbul etməycəyinə əminəm. Digər tərəfdən, AŞPA bu günkü iclasda daha çox tarazlaşmış bir qətnamə qəbul edəcək.
Tərəfləri barış mövqeyinə çağıracaq. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü də qeyd edib münaqişənin bu çərçivədə həllinin reallığını vurğulayacaqlar. Bu gün Ermənistan diplomatları nə qədər səy etsələr də AŞPA-da fərqli mövqe görə bilməyəcəklər. Yəni, Azərbaycan bu görüşdə, bu münaqişədə onun maraqlarına zərbə vuracaq bir addım görə bilməyəcək. Ümumiyyətlə, AŞPA bu görüşdə tərəflərin hərbi münaqişədən uzaq durmaq istiqamətində çağırışlarını eşidəcək.
Təbii ki, sessiyada hər iki tərəf qarşı tərəfin әleyhinә ittihamla çıxışlar edəcək və qarşı tərəfi günahlandıracaq. Aprel ayında baş verən qarşıdurmada, münaqişə Ermənistan tərəfindən başlayıb. Amma ola bilsin ki, elə adamlar da tapılsın ki, bu münaqişəsinin ortaya çıxmasında Rusiyanı günahlandırsın. Bu mövqe düşünürəm ki, ən düzgün mövqe ola bilər. Əvvəllər yalnız Ermənistan Rusiyanın girovuna çevrilmişdisə, indi artıq Azərbaycan da Rusiyanın girovuna çevrilib”.
/Deyerler.org/