İyul 02, 2016 18:11 Asia/Baku
  • Əvəz Həsənov
    Əvəz Həsənov

Əvəz Həsənov: “Almaniya Minsk qrupu həmsədrliyi iddiasındadır”

Dünən Gürcüstanda ATƏT Parlament Assambleyasının Tbilisidə 25-ci sessiyasının açılışı olub. Sessiyada çıxış edən Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsi zonasında son hərbi eskalasiya da daxil olmaqla, Ukraynadakı münaqişə, Gürcüstanda həlli uzanan münaqişələr barədə danışıb. O, Minsk Qrupu çərçivəsində danışıqların zəif getdiyini söyləyib: “Biz irəli getməliyik. Danışıqları səbr və ağıl ilə aparmalıyıq”. Ekspertlər ATƏT sədrinin Minsk qrupu ilə dediyi sözləri xüsusi olaraq diqqət ediblər. Bu yanaşmanın kökündə çox ciddi məsələlərin dayandığını da istisna etməyiblər.

 

Hüquq müdafiəçisi Əvəz Həsənov Deyerler.Org-a fikirlərini bölüşərkən deyib ki, Azərbaycan üçün Almaniyanın və Fransanın etdikləri sadəcə ürəkağrıdıcıdır: “Almaniyanin bu fikri Minsk qrupunda həmsədrlik iddiasından xəbər verir. Almaniya anlayır ki, onun Cənubi Qafqazdakı maraqları Fransanın maraqlarından daha çoxdur. Çünki, Almaniyanın Gürcüstan kimi mütttəfiqi var. Eyni zamanda Almaniya Azərbaycan və Ermənistana təsir edə biləcək qədər iqtisadi rabitələri var. Bu baxımdan Almaniya istəyir ki, Minsk qrupunda Avropa Birliyi tək Fransa ilə təmin olunmasın. Azərbaycan hökumətinin vaxtı ilə həmsədrliyin Almaniyaya dəyişidirilməsində marağı var idi. Amma anlamaq lazımdır ki, Azərbaycan kimi iqtisadi, siyasi çəkisi olmayan ölkələrin Qərbdə o qədər nüfuzu yoxdur. Əslində bütün problemlər də bundan başlayır. Bu gün Azərbaycan üçün Almaniyanın və Fransanın etdikləri sadəcə ürəkağrıdıcıdır. Amma onların ümumi siyasəti baxımından bu davranış Azərbaycan kimi ölkəyə adi bir yanaşmadır. Bu gün hətta Türkiyə kimi ölkənin Qərbdə ciddi uğura sahib olan bir imici yoxdur. Yəni, ümumi olaraq götürsək Qərbin Cənubi Qafqaza olan yanaşması əslində ümumi maraqlar prinsipindən dəyərləndirilməlidir. Qərb düşünür ki, Azərbaycan onsu zda Qərblə bağlı nisbətən müstəqil siyasət yeridə bilir. Bu baxımdan onlar bütün addımları atmağa razıdılar ki, Ermənistanı Rusiyanın caynağından qurtara bilsinlər”.

 

Deyerler.Org

Teqlər