İyul 05, 2016 16:54 Asia/Baku
  • Mehman Əliyev
    Mehman Əliyev

Mehman Əliyev: “Qərb regionla bağlı strategiyasından dönməyəcək”

Son günlər Azərbaycana Qərb institutlarının nümayəndələri, rəsmiləri intensiv olaraq səfərlər edir. ATƏT sədri, AŞPA rəsmiləri və s. etdiyi səfərlər ölkədə müxtəlif müzakirələrə səbəb olub. Bəzi ekspertlərin fikrincə bu səfərlər Rusiya nümayəndlərinin Azərbaycan etdikləri səfərlərin müqabilində edilən səfərlərdir. Qərb Rusiyanın Azərbaycanda olan nüfuzunu nisbətən balanslaşdırmaq istəyir. Amma bir çox ekspertlər Qərb rəsmilərinin Azərbaycana səfərlərini Azərbaycan-Qərb münasibətlərinin inkişafı istiqamətində atılan addımları kimi dəyərləndirir.

 

Mövzu ilə bağlı “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Deyerler.Org-la fikirərini bölüşərkən deyib ki, bu səfərlər vaxtı ilə qəbul olunmuş konsepsiya və proqram çərçivəsində baş verir: “Qərb təşkilatlarının rəsmilərinin regiona olan səfərləri ciddi olaraq intensivləşib. Çünki, proseslər onu göstərir ki, son illər regionda əməkdaşlıq, regionun Qərbə daha yaxın olması istiqamətindəki addımlar daha tez-tez atılır. Biz bu sürətin artımını real olaraq müşahidə edirik. Hesab edirəm ki, bu, vaxtı ilə qəbul olunmuş konsepsiya və proqram çərçivəsində baş verir. Bu səfərlərin kökündə Rusiyadan edilən səfərlərlə balansı qorumaq kimi cəhdlərin olmasını iddia etmək doğru deyil. Qərbin vaxtı ilə formalaşmış konspesiyası planı çərçivəsində olan səfərlər artıq intensiv xarakter alıb. Bu münasibətlərin sürəti və miqyası da artır. Amma Azərbaycan və ya hər hansısa bir digər ölkə bu intensiv prosesi ləngitməyə yönəlik işlər görəcəksə, həmin ölkəyə müəyyən təzyiqlər ediləcək. Qərb regionla bağlı strategiyasından dönməyəcək”.

Teqlər