Türkiyədə proseslər Yaxın Şərq proseslərinə necə təsir edəcək?
Türkiyədə proseslər Yaxın Şərq proseslərinə necə təsir edəcək?
Dünyanın əsas gündəmini bu günlərdə Türkiyə və orada baş verən proseslər tutur. Bu proseslərlə bağlı Türkiyədə geniş miqyaslı bir araşdrıma başladılıb. Qısa zaman içində Türkiyədə 10 minə yaxın insan həbs edilib və ya haqqında araşdırma başladılıb. Onu da nəzərə alaq ki, Türkiyə Yaxın Şərq mövzusunda da ciddi tərəflərdən biri idi. Məxsusən Suriya ilə bağlı proseslərdə aktiv fikirlər bildirən Türkiyə hökuməti indiki reallıqda tam fərqli bir mövqe sərgiləyə bilər. Ekspertlərin fikrincə Türkiyə indiki məqamda Suriya ilə münasibətləri normallaşdırmağa cəhdlər edəcək.
Yaxın Şərq üzrə ekspert Aida Qəmbər deyib ki, baş verən proseslər səbəbi ilə Türkiyə bir müddət öz daxili problemləri ilə məşğul olacaq: “Baş verənlər o demək deyil ki, Türkiyə hökuməti xarici siyasətdən tamamailə əl çəkəcək. Yaxın zamanlarda Türkiyənin daxili durumu sabitləşəndən sonra, regionda gedən proseslərdə yenidən aktiv şəkildə iştirak edəcək. Düşünürəm ki, bu prosesin reallaşması üçün uzun zamana ehtiyac olmayacaq. Türkiyə, 1-2 ay sonra, daxilində gedən prosesləri nizamlayacaq. Burada Suriya-Türkiyə münasibətlərində indiki mərhələdə müəyyən problemlər mövcuddur. Bu problemlərin aradan qalxması üçün Türkiyə müəyyən istəklə də çıxış etmişdi. Amma bu proseslərin yerinə yetirilməsi üçün müəyyən zamana ehtiyac var. Bu zaman kəsimində də əgər hər iki tərəf maraqlıdırsa, çalışacaqlar ki, aralarında olan fikir ayrılıqlarını ikitərəfli münasibətlərdə həll etsinlər”.