Dezinformasiyalara cavab -14 + (Audio)
Azərbaycanda çıxan, Azadlıq və Yeni Müsavat qəzetlərində dərc olunmuş anti-iran xəbərlər haqda ekspertin rəyi + (Audio)
Azadlıq qəzeti 9 Avqust tarixində dərc etdiyi məqalədə Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakı sammtii barədə siyasi şərhçi Rauf Mirqədirovun bədbin fikirlərini işıqlandırıb. Müsahib deyir ki, Moskva və Tehran Azrəbaycanın bütövlüyündə regionin hələ də onların təsir dairəsində qaldığını göstərmək istəyirlər. Rauf Mirqədirov İranın da , Rusiyanın da hərbi-siyasi baxımdan regiona təsir imkanlarının güclü olduğunu düşünür. Amma o Rusiyanın iqtisadi baxımdangüclü olmadığını bildirir.
Yeni Müsavat qəzeti də prezidetnlərin Bakı sammitini lağa qoyub və yazır: İran və Rusiya prezidentləri Bakıya gəlmiş Türkmənçay müqaviləsini təzələməkdə ölardı. Azərbaycan həmişə ov yeri olubdur. Ərəb gəlib ovlayıb, monqol -Tatar gəlib quşlayıb, Rus gəlib , Fars gəlib , erməni gəlib,... bizim işimiz, əlbəttə ovçulara xidmət sektorudur. Putin və Ruhanini Bakıda görmə çoxumuzun uşaqlıq arzumuz idi, elə svinirik , elə sevinirik, h eç darbədən çıxıb mitinqə düşmüş türklər belənçik sevinmir. Bəs necə iki ağa təşrif buyurubdur, özü də birdən. Ermənilər paxıllıqdan intihar eliyəcəklər, torpaqlar boş qalacaq, ondan sonra gedib İsa bulağında əylənərik. Üstəlik hazırda sezondur. Məncə Putin və Ruhaninin ayaq açdısından sonra Bakını nəsə bir siyasi klub elan etmək mümkündür...
İki mövzu ilə bağlı Siyasi Ekspertlər Rəhmətullah Şərifi və Qurban Cəbrailin fikirləri ilə audio materialda tanış ola bilərsiniz.