Sen 05, 2016 09:32 Asia/Baku

Azərbaycanda çıxan "Gündəm Xəbər" və "Ekspres" qəzetlərində dərc olunmuş anti-iran xəbərlər haqda ekspertin rəyi+(Audio)

Gündəm Xəbər qəzeti avqustun 8-də dərc etdiyi məqalədə Ərəbistanın Bağdaddakı keçmiş səfirinin anti-İran fikirlərini işıqlandıraraq onun sərsəm açıqlamasından İranofobiya  təbliğatı üçün istifadə edib. Keçmiş səfir deyib: Şiə silahlılar məni ölümlə təhdid edirdi. Bağdad hökuməti də pis vəziyyətdə qalmışdı. Onları bu vəziyyətdən qurtarmaq üçün istefa verdim. İraqda İran başda olmaqla xeyli ölkənin müdaxiləsini görmək olar. Bağdadda İran əsgərləri İraq hökuməti üçün çalışır. İran hələ də İraqı öz torpağı kimi görür və Bağdadın səfəvi imperiasının paytaxtı olduğunu iddia edir. Ancaq İraq ərəblərinin yaşadığı yerdə bu baş tutmayacaq. Sitatın sonu.

Mövzu ilə bağlı siyasi ekspert Zərdüşt Əlizadənin fikirləri ilə audio materialda tanış ola bilərsiniz.

 

İran-Rusiya sövdələşməsi niyə baş tutmadı? Ekspres qəzeti avqustun 22-də dərc etdiyi yazıda professor Cəmil Həsənli ilə müsahibəsinin mətnini oxucularının diqqətinə çatdırıb. Cəmil Həsənli bu müsahibədə deyib ki , Rusiya və İran prezidentlərinin bu yaxınlarda keçirilmiş Bakı görüşündə əldə edilmiş "Həmədan sövdələşməsi" gizli xarakter daşmalı idi. Suryada Əsəd rejimini müdafiə etmək məqsədi ilə İran Həmədan hərbi hava bazasından Rusiya aviasiyasına istifadə imkanı vermişdi. Lakin Rusiya bu razılaşmaının gizliliyini pozmaqla İranı həm öz əhalisi həm də dünya ictimaiyyəti qarşısında pis vəziyyətdə qoydu...

Mövzu ilə bağlı jurnalist Rəhmətullah Şərifinin fikirləri ilə audio materialda tanış ola bilərsiniz:

Teqlər