Sen 10, 2016 12:03 Asia/Baku
  • Zərdüşt Əlizadə
    Zərdüşt Əlizadə

Yəməndə qətllər törədən Səudiyyəyə 115 milyardlıq silah təklifi nə ilə bağlıdır?

ABŞ prezidenti Barak Obama hökuməti Səudiyyə rejiminə 115 milyard dollar dəyərində silah, hərbi-sursat və hərbi təhsil ləvazimatları təklif edib. Obamanın bu təklifi iki ölkə arasında 71 illik əməkdaşlıq ərzində Səudiyyə rejiminə təqdim olunan ən yüksək məbləğli təklifdir. Nəzər alaq ki, ABŞ-ın bir çox rəsmiləri Səudiyyəni terrorçulara dəstək verməkdə günahlandırır. Eyni zamanda bir çox Qərb mənbələri də bu istiqamətdə müxtəlif faktlar sadalayırlar. Bu baxımdan terroru dəstəkləyən bir ölkəyə bu məbləğdə silahın satılması ciddi sual doğurur.

Politoloq Zərdüşt Əlizadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Səudiyyə Ərəbistanın hamisi ABŞ və Qərb ölkələridir: “Səudiyyə Ərəbistanı ABŞ hərbi sənaye kompleksinin məhsullarını kütləvi şəkildə alan bir ölkədir. Səudiyyə ən böyük silah cəbhəxanasına malikdir. Amma bütün bunlara baxmayaraq silahlı qüvvələri çox zəifdir. Bu böyük silah cəbhəxənası heç bir səmərə vermir. Hamıya məlumdur ki, Səudiyyə Ərəbistanına hücum edəcək heç bir dövlət yoxdur. Eyni zamanda hamı onu da bilir ki, Səudiyyə Ərəbistanın hamisi ABŞ və Qərb ölkələridir. Bu baxımdan heç kəs ona toxunmaq istəmir. Amma bunun qarşılığında Səudiyyə kütləvi şəkildə silah alışı həyata keçirtməlidir. Biz müxtəlif illər ərzində Səudiyyənin 40, 60, 80 milyard dollarlıq silah alışının reallaşdığını müşahidə etmişik. İndi də ABŞ Səudiyyənin neft pullarından 115 milyard dolları məhz silah alışı ilə bağlı ayırmasını istəyir. Səudiyyənin neft pullarının bu istiqamətə xərclənməsi artıq zəruri bir halıb”.

 

 

Teqlər