"ABŞ-ın qorxusu İranın İslam inqilabının millətlər üçün model olmasıdır"
https://azeri.sahartv.ir/radio/radio_siyasət-i238181-abŞ_ın_qorxusu_İranın_İslam_inqilabının_millətlər_üçün_model_olmasıdır
Bəşər Əsəd: "ABŞ-ın qorxusu İranın İslam inqilabının millətlər üçün model olmasıdır"
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2016 12:32 Asia/Baku
  • Bəşşar Əsəd
    Bəşşar Əsəd

Bəşər Əsəd: "ABŞ-ın qorxusu İranın İslam inqilabının millətlər üçün model olmasıdır"

Suriya prezidenti Bəşər Əsəd deyib ki, Amerikanın qorxusu İranın İslam inqilabının millətlər üçün model olmasıdır.

 Bəşər Əsəd Tehranda nəşr olunan xarici siyasi araşdırmalar jurnalına verdiyi açıqlamasında belə qeyd edib: "Qərb ölkələri başda Amerika olmaqla millətlərin İranın İslam inqilabını model qəbul etmələrindən qorxduqları üçün, Səudiyyə rejiminə regionda tayfalar arasında təfriqələr və qarşıdurmalar yaratması üçün əmr vermişdir".

Suriya prezidenti ABŞ-ın Suriya böhranından əvvəl, Suriyanın regionda İranın İslam inqilabı və müqavimət hərəkatına qarşı mövqe sərgiləməsində israr etdiyini bildirib. O, Suriyanın belə bir məsələni əsla qəbul etmədiyini vurğulayıb. "ABŞ Dəməşq rəhbərliyinin Fələstin xalqının hüquqlarına göz yummasını istəyir, amma belə bir şey Suriya tərəfindən əsla qəbul edilə bilməz", - deyə Əsəd bildirib

Bəşər Əsəd Suriya dövlətinin ölkənin hakimiyyətini, ərazi bütövlüyünü və xalqını müdafiə etməyə davam edəcəyini bildirərək, İranın Suriyada müsbət mənada mövcudluğunun hər kəs tərəfindən tanındığını söyləyib.