Həmsədrlər Qarabağa gedib
Okt 25, 2016 11:18 Asia/Baku
Həmsədrlər Qarabağa gedib
Oktyabrın 24-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriyo (Fransa) ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin müşaiyəti ilə Qarabağa səfər edib.
Modern.az -ın verdiyi məlumata görə həmsədrlər qondarma “Qarabağ rejimi”nin rəhbəri Bako Saakyanla görüş keçirib.
Xatırladaq ki, səfər fransalı həmsədr Pyer Andriyo üçün həmsədr kimi sonuncu səfər olub. Onu fransalı həmsədr Stefan Viskonti əvəzləyəcək.