Yan 23, 2021 14:47 Asia/Baku
  • Zərif:

İranın xarici işlər naziri ABŞ-ın yeni rəhbərliyi üçün yaranan fürsətin əbədi olmayacağını bəyan edərək, deyib: "Təşəbbüs yalnız Vaşinqtonun əlindədir".

SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerikanın "Foreign Affairs" jurnalında dərc edilən məqaləsində Vaşinqtonun yeni hökumətinin fundamental seçimlər qarşısında olduğunu bəyan edərək, yazıb: "Bayden administrasiyası Tramp hökumətinin uğursuz siyasətlərini davam etdirə və beynəlxalq əməkdaşlıq və beynəlxalq qanunları təhqir edə bilər və ya keçmişdəki uğursuz fərziyyələrdən imtina edib, regionda sülhün və dostluğun inkişafını izləyə bilər".

Zərif, həmçinin ABŞ-ın regionda general Süleymanini şəhid etməsi kimi təhlükəsizliyi pozan hərəkətlərinə toxunaraq, əlavə edib: "ABŞ, İraq və Suriyada İŞİD terror qruplaşması və digər silahlı qruplara qarşı mübarizənin görkəmli bir komandirini terror etməklə İrana qarşı uzun təcavüz siyahısına bağışlanmaz bir cinayəti də əlavə etdi".

İranın xarici işlər naziri ABŞ-ın nüvə anlaşmasından çıxıb, hərtərəfli sanksiya və iqtisadi müharibə tətbiq edərək, İranı BMT-nin təsdiqlədiyi bir razılaşmaya sadiq qaldığı üçün faktiki olaraq, cəzalandırdığını xatırladıb və sözlərinin davamında deyib: "İran 2019-cu ilin may ayından etibarən nüvə anlaşmasına uyğun olaraq, nüvə qabiliyyətlərini əhəmiyyətli dərəcədə artırıb".

Zərif əlavə edib: "Bayden rəhbərliyi nüvə anlaşmasını xilas edə bilər, ancaq Trampın vəzifəyə gəlişindən sonra tətbiq olunan, yenidən bərpa olunan və ya yeni ünvan qazanan bütün sanksiyaları aradan qaldmaq şərti ilə".

İranın xarici işlər naziri nüvə məsələsində yenidən danışıqlar aparmağın heç cür mümkün olmadığını söyləyib və qeyd edib ki, nüvə məsələsindən başqa, İran həmişə regionu təşvişə salan məsələləri müzakirə etməyə hazırdır.

İranın xarici işlər naziri, həmçinin qərblilərin və xüsusilə də amerikalıların keçmişdəki səhvlərindən çəkinmələri üçün İran və bölgə haqqında anlayışlarını islah etməli olduqlarını vurğulayıb.

Teqlər