Pezeşkian: Dünya ilə sülh ardıncayıq, amma zülmə boyun əyməyəcəyik
İran İslam Respublikası prezidenti yeni xarici işlər nazirinin təqdim olunması mərasimində deyib: "Dünya ilə sülh ardıncayıq. Heç kimlə davamız yoxdur, amma istənilən yerdə istənilən zülmə qarşı çıxacağıq və zalımlarla düşmənçilik edəcəyik".
Məsud Pezeşkiyan 27 avqust İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəninin təqdir olunması və yeni xarici işlər naziri Seyid Abbas İraqçini təqdim olunması mərasimində vertolyot qəzasında şəhid olan Seyid İbrahim Rəisi və Hüseyn Əmir Abdullahianın xatirəsini ehtiramla yad edib.
Məsud Pezeşkian bu mərasimdə İran İslam Respublikasının həmişə sülh ardınca olduğunu və müharibədən çəkindiyini vurğulayıb.
İran prezidenti sionist rejimin Qəzzədə həyata keçirdiyi soyqırım əməliyyatlarına Amerikanın hərtərəfli dəstəyini tənqid edib. deyib: "Amerikalılar hansı məntiqlə və hansı qanun əsasında sionist rejimə Qəzzənin müdafiəsiz və məzlum uşaq və qadınlarını bombalamaq icazəsi verir?
Pezeşkian qonşularla qarşılıqlı əlaqələrin inkişafına üstünlük verilməsini düzgün və prinsipial siyasət kimi qiymətləndirib və bu sahədə səfirlərin rolunun əhəmiyətini vurğulayaraq deyib: "Biz inanırıq ki, əgər qonşu dövlətlərlə sıx və düzgün əlaqələr qura bilsək, sanksiyaların təzyiqinin əhəmiyyətli hissəsi zərərsizləşdiriləcək və ölkənin bir çox zəruri mallarının çatışmazlığını aradan qaldıra bilərik".
İran prezidenti daha sonra digər ölkələrlə əlaqələrin inkişafının ölkənin tərəqqisinə səbəb olacağını bildirib və deyib: "Əgər biz inkişaf etmək və dünyadan geri qalmamaq istəyiriksə, ölkədə hər bir yenilik və yaradıcılığı təsbit etməliyik və uğurlu təcrübələri ölkədə həyata keçirməliyik ki, bu da səfirliklərimizin mühüm vəzifələrindən biridir".
Pezeşkian vurğulayıb ki, avropalılar bir-birlərinə sərhədlərini açıblar, vahid valyuta yaradıblar, amma müsəlman ölkələr öz aralarına divar çəkirlər, halbuki, Quranın və Allah Peyğəmbərinin təlimlərinə əsasən, bütün müsəlmanlar bir-birləri ilə qardaşdılar.