“PJAK” qruplaşmasına dəstəyə qarşı Almaniya səfirliyi qarşısında etiraz aksiyası
Bazar ertəsi “PJAK” terror qruplaşmasının qurbanlarının ailələri Almaniyanın Tehrandakı səfirliyi qarşısında toplaşıblar.
Bu ailələr Almaniya da daxil olmaqla Avropa ölkələrini bu terror qruplaşmsına və onun ünsürlərinə sığınacaq və dəstək verməkdən çəkinməyə çağırıblar.
Ailələr, şüarlar səsləndirərək, PJAK liderlərinin Avropadan qovulmasını tələb ediblər.
Etirazçıların əksəriyyəti əzizləri PJAK terrorçuları tərəfindən şəhid edilmiş İranın kürd vətəndaşları olub.
Ailələr əllərində şəhidlərinin şəkillərini tutaraq, "PJAK cinayət törədir, Avropa dəstək verir” kimi şüarlar səsləndiriblər.
Aksiyasının sonundakı yekun bəyanat oxunub və nümayişçilər Avropa ölkələrini PJAK liderləri və üzvlərinə sığınacaq verilməsini dayandırmağa çağırıblar. Sonda yekun bəyanat Almaniya səfirliyinə təqdim edilib.
PJAK beynəlxalq səviyyədə tanınmış terror qruplaşmasının, Kürdüstan Fəhlə Partiyasının (PKK) qoludur ki, İranın qərbində, İraqın şimalında və Türkiyənin cənubunda ölümcül əməliyyatlar həyata keçirir.
PJAK terrorçuları İranın qərbində, İraqın yarı muxtar Kürdüstan bölgəsi ilə ortaq sərhədində İran təhlükəsizlik qüvvələri ilə müntəzəm olaraq silahlı toqquşmalar aparırlar.