Noy 15, 2015 19:26 Asia/Baku
  • İmanla elm və mərifət arasında əlaqə
    İmanla elm və mərifət arasında əlaqə

Saleh əməl imandan qaynaqlandığı kimi, iman da öz növbəsində elm və mərifətdən nəşət tapır.

 Bəli, saleh əməl iman mərtəbəsi ilə əlaqəlidir. İnsanın mərifəti, elm və tanışlığı müəyyən bir baxımdan iki növə bölünür: Qazanılan (hüsuli) və dərk olunan (hüzuri). Hüsuli mərifət vasitəli mərifətdir və düşüncə yolu ilə əldə olunur. Məsələn, bizdən Allah və tövhid haqqında soruşularkən düşüncəmizdə olanı dilə gətiririk. Bu mərifətin dərəcələri var. Onun ən aşağı dərəcəsi də insanın əməl və rəftarlarına təsir göstərir. Uyğun mərifət gücləndikcə onun əmələ təsiri də güclənir. Amma hüzuri elm vasitəsiz elmdir. Belə bir mərifətə malik olan insan həqiqəti dərk edir. Bu mərifətdə xəta yoxdur. Əmirəl-möminindən (ə) “Rəbbini görmüsənmi” soruşularkən həzrət buyurur: “Görmədiyim Allaha necə ibadət edim?!” Ondan bu müşahidənin necəliyi haqqında soruşularkən həzrət buyurur: “Gözlər onu aşkar görməz, amma qəlblər düzgün iman həqiqətləri ilə onu dərk edər.”

/Sizinyol/

Teqlər