Hicrət və hicri təqvim
Hicri-qəməri təqvim Rəsulullahın (s.ə.s) Məkkədən Mədinəyə hicrət ilində başlamışdır. Hicri təqvimdə günlər ayın sferalarına (dairəvi hərəkətinə) görə təyin edilir.
Ayın
hilal formasında göründüyü ilk gecə hicri təqvimin başlanğıcı sayılır.
Ayın yenidən görünməyinə qədər keçən müddət bir ay, on iki ay isə bir il
olaraq hesablanır. Hicri təqvim 12 aydan ibarətdir: məhərrəm, səfər,
rəbiül-əvvəl, rəbiül-axir (və ya rəbiüs-sani), cəmadiyal-əvvəl,
cəmadiyal-axir (və ya cəmadiyəs-sani), rəcəb, şəban, ramazan, şəvval,
zilqədə və zilhiccə. Aydakı günlərin sayı 29 və ya 30 olur. Miladi
təqvim yerin günəş ətrafında bir illik dövrünə görə hesablanır. Miladi
təqvimdə bir il 365, hicri təqvimdə isə 354 gün olaraq hesablanır.
1Arada yaranmış on günlük fərqdən ötrü hicri aylar hər il təxminən on
gün fərq edərək davamlı yer dəyişdirir.. Nümunə olaraq Ramazan ayını ələ
alaq. Ramazan ayı ilin bütün fəsillərinə düşür. 36 il oruc tutan insan
ilin bütün günlərində oruc tutmuş sayılır. İslamdan
əvvəl ərəblər ən əlamətdar hadisələri tarixin başlanğıcı sayır, sonrakı
illəri ona nisbətən hesablayırdılar. Məsələn, Hz. Peyğəmbərin (s.ə.s)
beşinci nəsildən ulu babası Qüseyy ibn Kilabın vəfat ili, daha sonra isə
“fil” ili ərəblərin tarix başlanğıcı hesab edilirdi. Sonrakı illəri
“fil ilindən bir il sonra”, “fil ilindən iki il sonra” və s.
ardıcıllıqla müəyyən edirdilər. İslamın gəlişindən sonra da müsəlmanlar
ficar savaşının, vida həccinin və sairə bu kimi mühüm hadisələrin baş
verdiyi illəri təqvim başlanğıcı kimi dəyərləndirirdilər. Ancaq
bütün bunlar çox qarışıqlıq yaradırdı. Ömər bu qarışıqlığı
aradan qaldırmaq üçün mövzunu digər səhabələrlə məsləhətləşdi. Bu
zamanlarda da meydana gələn hadisələr bir daha bunun vacibliyini
göstərdi. Yəmən valisi Yala ibn Ümeyyə Ömərə gün, ay və ili
bəlli olmayan bir məktub göndərir. Eyni şəkildə ili bəlli olamayan şaban
ayı deyə qeyd edilən bir sənəd Bəsrə valisi Əbu Musa əl-Əşariyə
gətirilir. Bu sənəddə nəzərdə tutulan şaban ayının həmin ilə, yoxsa
gələcək ilə aid olduğu məsələsi qəti olaraq anlaşılmayınca bu tarix və
sənəd ixtilafa səbəb oldu və bu təqvim məsələsinin önəmini ortaya
çıxartdı. Səhabələr bu məsələni görüşərək tarix başlanğıcı mövzusunda
İran, Yunan və başqa ölkələrin təqvimlərini mənimsəmə təkliflərini irəli
sürdülər. Ancaq bu təkliflər qəbul edilməyincə, Hz.Əli (r.a) təqvimin
hicrətin başlanğıc olması təklifini irəli sürdü. Onun bu görüşü dərhal
bəyənildi. Peyğəmbər (s.ə.s) rəbiüləvvəl ayında hicrət etmişdir. Ancaq
qəməri il məhərrəm ayı ilə başladığından tarix iki ay səkkiz gün geri
çəkilib, Hicri təqvimini başlanğıcı 23 iyul 622-ci il olaraq qəbul
edildi. Hicrət Hicrət
İslamda dönüş nöqtəsi sayılır. Hicrətə qədər olan dövr zülm və işgəncə
altında yaşayan müsəlmanların səbir və təmkin mərhələsidir. Hicrət
sadəcə köç deyil. İslamı daha geniş kütlələrə çatdırmaq ideyasının
həyata keçməsidir. Müsəlmanlar
hicrət edərək həyatlarını qurtarmış və onların timsalında İslam dünyaya
yayılmışdır. Möminlərlə yeni dostluq və qardaşlıq körpüləri
qurulmuşdur. Məkkədən
Mədinəyə hicrət edən müsəlmanlar “mühacir” adlanır ki, onların da
fəzilətləri bildirilmişdir. Bu və bənzər səbələrə görə hicrət İslam
tarixində əhəmiyyətli yerə malikdir. Hicrət xüsusi mənada sona çatmışdır, çünki Allah Rəsulu: ”Məkkə fəthindən sonra hicrət sona çatmışdır”,[1] –
deyə buyurur. Lakin ümumi mənada hicrət davam edir və qiyamətə qədər də
davam edəcək. Çünki hicrət Allah yolunda mücahədə (Allahı insanlara
anlatmaq) ilə əkiz qardaşdır, birlikdə doğulmuş və birlikdə
yaşayacaqlar. Yenə Peyğəmbərimiz mücahədənin qiyamət gününədək davam
edəcəyini bəyan etmişdir: “Mücahədə qiyamət gününə qədər davam edəcək”.[2] Bəli,
möhtac könüllərə haqq və həqiqəti anlatmaq naminə anadan, atadan,
yardan, yarandan ayrılıb yurdunu tərk edən, diyar-diyar gəzən hər bir
məfkurə yolçusu, hər bir inanan insan sonsuz feyzi olan bir saleh hicrət
halqasının içindədir, savabını da mütləq görəcək. Belə olmasaydı Allah
Rəsulunun əshabəsi yurdundan-yuvasından ayrılaraq Orta-Asiya steplərinə,
Afrikanın dərinlikərinə və ya Dünyanın başqa yerlərinə İslamiyyəti
götürməzlərdi. Digər
tərəfdən, Allah və Rəsulu yolunda edilən hicrətin savabından bəhs
olunmur. Ehtimal ki, bu, belə əməllərə o biri dünyada qeyri-adi,
xariqüladə mükafatların veriləcəyinə işarədir. Mələklər bu əməli olduğu
kimi yazırlar, mükafatını da Allah-Təala şəxsən özü verir. Rəsulullah (s.ə.s) hədislərində belə buyurur: “Həqiqi mühacir Allahın qadağan etdiklərindən uzaq duran, onlara yaxınlaşmayandır (onları tərk edəndir)”[3] “Hicrət pis işləri tərk etməkdir.”[4] “Həqiqi mühacir xəta və günahları tərk edəndir.”[5] “Həqiqi mühacir, Allahın özünə haram buyurduğu şeyləri tərk edəndir.”[6] Yuxarıdakı
hədislərdən də məlum olduğu kimi hicrət sadəcə tarixi hadisə olaraq
qalmayıb, təbliğ və irşad qavramı olaraq davam etmişdir.
Mənəviyyata açılan pəncərə