Hədislərdə duanın dəyəri
Həzrət Davud (ə)-a buyurulur: “Yer əhlinə de ki, dostluğa layiq olduğum halda nə üçün Mənimlə dostluq etmirlər?
“Yer əhlinə de ki, dostluğa layiq olduğum halda nə
üçün Mənimlə dostluq etmirlər? Mənimlə olan şəxs paxıllıqdan, cəhalətdən,
çarəsizlikdən uzaqdır. Mənim sifətim, sözüm dəyişməz. Rəhmətim genişdir. Fəzl
və kərəmimdən dönmərəm. Əvvəldən rəhməti əsas götürüb, məhəbbət udunun budağını
yandırmışam. Məni dost biləni dost bilir, gizlində Məni xatırlayanlara yaxın
oluram, Məni yada salanların munisiyəm. Davud! Məni axtaran tapar, Məni tapan
əldən verməməlidir. Davud, nemət bizdən olduğu halda bunu başqalarından
görürlər. Sığınacaqları olduğumuz halda başqalarına tərəf qaçarlar. Qaçsalar da
bir gün geri qayıdacaqlar!”
Dini kitablarda belə gözəl mətnlər çoxdur. Quran ayələrindən qaynaqlanan bu
əhvalatlar çox xoş xəbərlərdir. Bu söhbətlər insanda Allahın ehsanına ümid
doğurur. İnsan inanır ki, öz istəklərinə dua vasitəsi ilə çata bilər. İslam
Peyğəmbəri (s) buyurur: “Həqiqətən, dua ibadətdir;” “Dua ibadətin məğzidir
İmam Baqir (ə) buyurur: “Ən üstün ibadət duadır”; “Allah yanında duadan, Onun
fəzlindən istəməkdən də üstün olan bir şey yoxdur. Və Onun yanında təkəbbürlük
üzündən dua etməyib, ilahi feyzləri diləməyən kəsdən daha mənfur bir kəs yoxdur
Həzrət Əli (ə) buyurur: “ Bütün yer üzündə Allaha yönəlmiş ən sevimli iş
duadır. “Dua qələbənin açarı, feyz xəzinəsidir. Ən üstün dua pak qəlbdən qopan
duadır. Dua qurtuluş vasitəsi, ixlas yoludur. Dözümsüzlük şiddətlənəndə pənah
yalnız Allah dərgahınadər.
İmam Sadiq (ə) buyurur: “Bəla gələn vaxt hökmən Allah dərgahına dua və
yalvarışla üz tutun”; “Dua et, çünki dua hər bir dərdin dərmanıdır.”