Mart 08, 2016 14:41 Asia/Baku
  • Ölənlərimizə nə kimi hədiyyələr göndərə bilərik?

Ölüm və həyat – bir sikkənin iki üzü kimidir. Həzrət Peyğəmbər (s) buyurur: “Siz fani olmaq və yox olmaq üçün xəlq olmamısınız, cavidan olmaq üçün yaradılmısınız. (Ölüm ilə) bir evdən başqa evə köçərsiniz”.

İlahi övliyalar üçün ölüm belədir: “Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbirdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): «Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş cənnətlə müjdə olsun sizə!». Biz dünya və axirətdə sizin başçı, dost və yoldaşlarınızıq. Orada nəfsiniz (maddi nemətlərdən) nə çəksə və (mənəvi ləzzətlərdən qəlb və dil ilə) hər nə istəsəniz, hazırdır”. (“Fussilət” 30-31).

Dünyasını dəyişən insan, dirilər tərəfindən hədiyyə olunmasına həmişə möhtac olarlar. Onların qəbirləri üstünə gedən zaman hallarından nigaran olarıq. Ürəyimiz istəyir ki, onlara elə hədiyyə göndərək ki, hallarına təsiri olsun. Quran oxumaq – bu gözəl hədiyyələrdən biridir. (Tebyan)

Həzrət Peyğəmbər (s) buyurur: “Qəbirlərində yatan ölülərinizi unutmayın. Ölülərinizin sizin ehsanlarınıza ümidləri vardır. Ölüləriniz zindandadırlar və sizin yaxşı işlərinizə rəğbət bəsləyərlər. Onların iş görməyə qüdrətləri yoxdur, siz sədəqə və duanı onlara hədiyyə edin”.

İmam Sadiq (ə) buyurur: “Ölü ona görə edilən rəhmət və bağışlanmağa görə sevinər, necə ki, diri ona verilən hədiyyə vasitəsilə sevinər”.

İmam Rza (ə) buyurur: “Hər kim möminin qəbrini ziyarət edər və onun kənarında yeddi dəfə “Qədr” surəsini oxuyar, Allah onu qəbir sahibi ilə bir yerdə bağışlayar”.

Quran surələrindən “Fatihə”ni, “Yasin”i, “Saffat”ı, “Mülk”ü, “Əhzab”ı, “Ayətül-kürsü”nü, 7 dəfə “Qədr” surəsini deyib, savabını ölüyə hədiyyə etmək olar.

Ayətullah Cavadi Amuli buyurur: “Quran ayələrini oxumaq, xüsusilə də “Qədr”, “Həmd”, “Tövhid”, “Yasin” və başqa surələr – ölülər üçün faydalıdır. Onlar üçün istiğfar edib dua etmək – savab gətirər. Əlbəttə Quran oxumaq və dua etmək sahibi üçün faydalıdır, qəlbini nurani edər. Bu savablar meyitə də çatar və onun bərzəx aləmində sevinməsinə səbəb olar”.

Hədislərin birində oxuyuruq: “Hər kim qəbiristanlıqda “Yasin” surəsini oxuyar, o qəbiristanlığın qəbir əhlinin əzabı azalar. Ölülərin sayı qədər qariyə savab yazılar. Dünya bəlaları və axirət əzabları ondan dəf olar və ona görə də bu surəni “Dafiə” adlandırırlar”.

 

/Deyerler.org/


Teqlər