Böyük Arif Qazinin dünya və axirət xoşbəxtliyi üçün tövsiyələri nələrdir?
Bütün bu ruhi xarabalıqların səbəbi ki, o cümlədən insanda vasvaslıq və qəlbi təskinliyin olmaması qəflətə düşməkdən qaynaqlanır.
Böyük arif Qazi Təbatəbainin buyuruqlarında dünya və axirət xoşbəxtliyinin açarı
Qazi Təbatəbai məktublarının birində belə yazır:
“Bağışlayan və mehriban Allahın adı ilə, həmd olsun Onun uca məqamına və salavat Peyğəmbər (s) və onun pak Əhli-Beytinə (ə);
Bütün bu ruhi xarabalıqların səbəbi ki, o cümlədən insanda vasvaslıq və qəlbi təskinliyin olmaması qəflətə düşməkdən qaynaqlanır. Bu xəstəlikdən qorunmaz üçün gərək ölümü yada salıb, dünyada qalmaq fikrindən daşınasınız, ilahi görüşə meyililik ruhiyyənizə hakim olmalıdır.
Böyük arif Qazi Təbatəbainin qəflət yolundan nicat tapmaq üçün etdiyi tövsiyələr:
1- Yaşayışınızda örnək aldığınız insanı düzgün tapıb tanımaq lazımdır. Bundan sonra isə ilahi beş vaxt vacibata və başqa vacibatlara diqqət yetirilməlidir.
2-Xüşu və xüzunun çoxalması yolunda çalışqanlıq olmalıdır,
3-Hər vacib namazdan sonra Fatimeyi-Zəhranın (s.ə) zikrini deməkdə diqqətlilk göstərmək,
4-Ayətəl-kürsini oxumaqdan qəflətə düşməmək,
5-Hər sübh namazından sonra şükr səcdəsi yerinə yetirib Yasin surəsini oxumağa diqqətli olmaq,
6-Axşam vaxtları, yatmazdan öncə Vaqiə surəsini oxumağa diqqətli olmaq,
7-Gecə nafilə, müstəhəb namazlara diqqətli olmaq,
8-Gecə yatmazdan öncə Qurandan nas və fələq surəsini oxumağa diqqətli olub 70 dəfə Allahdan bağışlanma diləmək istiğfar deməklə,
9-Bu zikri sübh və axşam namazından sonra 10 dəfə oxumaq: “La ilahə illalahu vəhdəhu la şərikə ləh, ləhul həmd və ləhul mülk vəhuvə əla külli şəyin qədir, Əuzu Billah min həməzatiş-şeyatin və əuzu bikə rəbbi ən yəhzurunə, innallahə hüvəs-səmiul-əlim”.
/Zehra-Yolu.com/