İyul 05, 2016 17:01 Asia/Baku
  • Fitr bayramı ilə bağlı ƏHKAM

Fitr bayramı ilə bağlı əhkam

1. Qurban və Fitr bayramları günü oruc tutmaq haramdır;

2. Ramazan ayının başlanması və qurtarmasının müəyyənləşdirilməsi:

Qəməri təqvimi ilə Ramazan ayının başlanmasının və qurtarmasının (yəni növbəti ayın – Şəvval ayının başlanmasının) göstəricisi – hilalın (səma cismi olan Ayın) görünməsidir. Ramazan ayının və ya Şəvval ayının əvvəlini təyin etməkdə meyar, Gün batandan sonra görünən və həmçinin Günəşin qürubundan (batmasından) əvvəl adi qaydada görünən Aydır.

 

Ayın əvvəli bir neçə yolla sübut olunur:

1. İnsanın özü Ayı görsə;

2. Sözlərindən yəqinlik (əminlik) hasil olan bir neçə nəfər Ayı gördüklərini desələr, həmçinin yəqinlik hasil olan hər şeyin vasitəsilə;

3. İki adil kişi "gecə Ayı görmüşük" deyə xəbər versələr və sözlərində ixtilafları (fərqləri), yalnız bəzi xüsusiyyətləri ayırd etməkdə olsa (məsələn, biri desə «Ay ucada idi», o biri desə «Ay ucada deyildi"); onların deməsi ilə ayın əvvəlinin olması sübuta yetir;

4. Şəban ayının (Ramazan ayından qabaqkı ayın) əvvəlindən 30 gün keçsə, bununla Ramazan ayının başlanması sübuta yetir; Ramazan ayının əvvəlindən 30 gün keçsə, bununla Şəvval ayının başlanması sübuta yetir; (çünki, qəməri təqvimi ilə bir ay 30 gündən çox ola bilməz);

5. Vilayət səlahiyyəti olan İslam alimi, ayın əvvəlinin (axırının) olmasına dair hökm versə.

Qeyd: Ramazan ayının axırı, yaxud Şəvvalın əvvəli olmasını bilməyən bir şəxs, oruc tutmalıdır. Amma məğribdən (şam azanından) qabaq Şəvval ayının əvvəli olduğu bilinsə, bu şəxs orucunu açmalıdır, çünki Şəvval ayının 1-i Ramazan (Fitr) bayramıdır və bu gündə oruc tutmaq haramdır.

 

Allah Təala cəmi insanlara Fitr bayramının fəzilətlərindən və nemətlərindən faydalanmağı nəsib etsin! Ümməti əziz Peyğəmbərin (s) və onun mübarək Əhli-Beytinin (ə) pak yolunun yolçusu qərar versin!

 

/Deyerler.org/

 

Teqlər