İyul 15, 2016 16:22 Asia/Baku
  • “Vaqiə” surəsinin fəzilətləri
    “Vaqiə” surəsinin fəzilətləri

“Vaqiə” surəsinin fəzilətləri

Vaqiə” surəsi Quranın 56-cı surəsi olub, 96 ayəyə malikdir. Məkkədə nazil olmuşdur.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu surəni oxuyar – /əməl dəftərinə/ yazılar ki, o, qafillərdən deyildir”.

İmam Baqir (ə) buyurur: “Hər kəs hər gecə yatmazdan əvvəl “Vaqiə” surəsini oxuyarsa, Allahla o halda görəşər ki, üzü on dörd günlük ay kimi parlayar”. (Tebyan)

İmam Sadiq (ə) buyurur: “O kəs ki, behiştə müştaqdır – “Vaqiə” surəsini oxusun”.

İmam Sadiq (ə) buyurur: “Hər kim cümə gecəsi “Vaqiə” surəsini oxuyar Allah onu sevər və həmçinin sevgisini insanların ürəyinə salar. Ömrü böyu bu dünyada bədbəxtlik və yoxsulluq görməz. Dünya ziyanlarından ona ziyan dəyməz. Əmirəl-möminin (ə) həmdəmlərindən olar”.

Bu surənin bərəkətləri.

1. Yoxsulluğu aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “”Vaqiə” surəsini xanımlarınıza öyrədin, çünki bu surə ehtiyacsız edəndir”. Hər kim gecə yatmazdan əvvəl onu oxuyarsa, yoxsulluq ona çatmaz.

2. Bərəkətə səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər “Vaqiə” surəsini yazsanız və evinizdə qoysanız – xeyir və bərəkətə səbəb olacaqdır. Hər kim onu oxumağı davamlı edərsə - yoxsulluq ondan gedər”.

3. Sevgiyə səbəb olar. İmam Sadiq (ə) buyurur: “Hər kim cümə gecəsi “Vaqiə” surəsini oxuyarsa, Allah onu sevər və onu bütün insanların məhbubu edər”.

4. Ölümü asanlaşdırar. İmam Sadiq (ə) buyurur: “Vaqiə surəsinin çoxlu bəhrələri vardır ki, sayılası deyildir. Bu surənin faydalarından biri də budur ki, əgər ölü üçün oxunarsa, Allah onu bağışlayar. Əgər can verən insan üçün oxunarsa, Allahın izni ilə ölümü və ruhunun çıxması asan olar”.

Teqlər