İnsan niyə həsəd aparır?
İnsan niyə həsəd aparır?
İnsanlar fitri baxımdan hamısı eynidirlər. Allah bütün insanların fitərini pak və təmiz xəlq etmişdir. İnsanın fitri meyil və istəkləri hamıda eynidir. İnsanlar bir-birindən şəxsiyyətləri ilə fərqlənirlər. Hər bir insanın şəxsiyyəti özünə aiddir. Bu, insan şəxsiyyətidir ki, hər kəsi başqasından fərqləndirir.
İnsanın şəxsiyyəti, fitrətindən fərqli olaraq, təsir qəbul edəndir. Ətraf mühitin, yaşadığı coğrafiyanın, ailənin onun formalaşmasından təsirləri böyükdür.
İnsan şəxsiyyətinin bir çox qabiliyyətləri vardır. Yaxşı tərəflərə də meyil edib inkişaf edə bilər, pis tərəflərə də. Bu mövzuda əsil məsələ - ona təsir edən amillərdir.
Həsəd - ruhi xəstəliklərdən biridir ki, insanı etidal həddən çıxardır. Dinimiz onu qəlb xəstəliyi adlandırır. Molla Nəraqi deyir: “Gizli qalmasın ki, həsəd – nəfsin şiddətli xəstəliyi, ən pis rəzillik və onların ən xəbisidir”.
Ona görə də Əmirəl-möminin (ə) buyurur: “Həsəd aparan şəxsin rahatlığı olmaz”.
Həzrət Peyğəmbər (s) buyurur: “Həsəd həyatdan ən az ləzzəti aparar”.
İmam Əli (ə) buyurur: “Həsəd aparan həmişə qəmgindir”.
Ona görə də deyə bilərik ki, insanın həsəd aparan olub-olmasında əsas səbəb – şəxsiyyətinin necə formalaşmasıdır. Əgər ruhi sağlamlığı yerindədirsə, deməli həsəd aparan deyildir. Buna misal kimi İlahi peyğəmbərləri (ə) göstərmək olar ki, heç bir zaman həsəd aparmazdılar. O kəslər ki, sağlam mühitdə böyüyür və yaxşı tərbiyə alırlar, həsəd hissindən uzaqdırlar.
Həsəd adətən o insanlarda kök salır ki, sağlam ailə mühitinə malik deyildir və ya şəxsiyyətinin düzgün formamalaşmasına təsir edən mənfi amillər çoxdur və ya ruhi sağlamlığını əldən vermişdir. Nəticədə xəstə bir şəxsiyyətə malik olar.
Ona görə də “insan niyə həsəd aparandır?” sualının yerinə deməliyik ki, “insan niyə həsəd aparan olur?”. Ondan sonra bu həsədi yaradan amilləri axtarmalıyıq ki, onu aradan qaldıraraq, həsədi müalicə edə bilək. (İslami saytlara istinadən)