“Allah yanında ən sevimli yemək – o yeməkdir ki, cəmlə yeyilər
“Allah yanında ən sevimli yemək – o yeməkdir ki, cəmlə yeyilər
Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ən sevimli yemək o yeməkdir ki, əllər orada çox olar. (Ona görə də) cəmlə bir yerdə yemək yeyin, dağınıq olmayın. Çünki bərəkət cəmdədir”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Bərəkət üç şeydədir: birlikdə yemək yemək, səhər obaşdanı yemək, xörəyə doğranmış çörək”.
Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman yemək yemək dörd xüsusiyətlə birlikdə olarsa, kamil olar: halaldan olsun, orada əllər çox olsun, “Bismillah” ilə başlasın, “Əlhəmduililəh” ilə bitsin”.
İmam Kazım (ə) buyurur: “Peyğəmbər (s) üç dəstəni nifrin etmişdir: O kəs ki, səfər azuqəsini tək yeyər...”.
Nəql edirlər ki, nə zaman İmam Rza (ə) süfrəsini açsaydı qulları, nökərləri, hətta heyvan daşıyan xadimləri belə, süfrəsinin kənarında əyləşdirərdi.
İmam Sadiq (ə) buyurur: “Süfrə başında əyləşməyinizi uzun edin, çünki ömrünüzdən hesab olunmur”.
Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman süfrə açılsa, öz yanından ye və yoldaşının qarşısından yemək götürmə. Yeməyin üstündən yemə, çünki bərəkət yuxarıdan gələr”.
Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman din qardaşınızın yanına getsəniz və sizi yemək yeməyə və içməyə çağırsa, yeyin və için və ondan soruşmayın”.
Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “8 dəstə əgər xəyanət olunarlarsa, özlərindən savayı heç kəsi danlamasınlar. Onlardan biri o kəsdir ki, dəvət edilmədiyi süfrə başında hazır olar”.
Hədislərimiz tövsiyə edir ki, süfrələrimizə göyərtini çox qoyaq, çünki göyərtini “Bismillah” ilə yemək şeytanı qovar.
İmam Rza (ə) buyurur: “Mən o süfrədə ki, göyərti olmaz, yemək yemirəm”.
/Deyerler.org/