Sen 10, 2016 11:51 Asia/Baku
  • Allahın sevdiyi əxlaqı əldə etməyin yolları
    Allahın sevdiyi əxlaqı əldə etməyin yolları

Allahın sevdiyi əxlaqı əldə etməyin yolları

Məsumlarımız (ə) hər birimiz üçün bir əxlaq müəllimidir və onların həyat tərzindən, rəftar və davranışlarında ibrət dərsi almalıyıq.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərin ən üstünü o kəsdir ki, əxlaqı daha gözəl, qonaqpərvər, yaxınlıq edən, yaxınlığı qəbul edəndir”.

İmam Baqir (ə) buyurur: “İman cəhətdən ən kamil möminlər – onların ən gözəl əxlaqa malik olanlarıdır”.

İmam Sadiq (ə) buyurur: “Allah bəndəsinin gözəl əxlaqına görə, ona Allah yolunda daima cəbhədə olan əsgərlərin sayı qədər savab verər”.

Bəs gözəl əxlaqa necə yiyələnmək olar?

İnsanların bəzisi təbii olaraq gözəl əxlaqa malikdirlər və bu İlahi nemətlərdən biridir ki, hər kəsə nəsib olmur. Bu nemətə görə Allaha şükür etmək lazımdır. Gözəl əxlaq o əməllərdəndir ki, insan onu təmrin və səy edərək, əldə edə bilər. Bununla bağlı bəzi tövsiyələr:

1. Xoş əxlaqın mənəvi və maddi dəyərlərinə diqqət etmək. Xoş əxlaqa aid olan hədislər oxumaq və pis əxlaqın gətirdiyi bəlalara diqqət etmək.

2. Təmrin etmək və çalışmaq. Yəni, başqaları ilə görüşən zaman xoş əxlaqı təmrin etmək. İmam Əli (ə) buyurur: “Nəfsini bəyənilən əməllər yerinə yetirməyə adət etdir”.

İmam Əli (ə) başqa yerdə buyurur: “Adət, hər bir insana hökumət edər”.

3. Gözəl əxlaq və pis əxlaqa malik olan insanların həyat hekayələrini oxumaq. Əgər belə hekayələri oxusaq, görərik ki, gözəl əxlaq insanı necə başqalarının gözündə qaldırır və həyatını xoşbəxt edir. Başqaları ona ehtiram qoyur və hörmət edirlər. Əksinə, pis əxlaq insanı necə rüsvay edir və başqalarının gözündən salır.

4. İnsani hissləri inkişaf etdirmək. Mehriban insanlar cəmiyyətin ən sevimli insanlardırlar. Cəmiyyətin şadlığının bir çox hissəsi bu insanlar tərəfindən təmin olunur. Başqaları ilə müsbət rabitə qurmaq, insanları sevmək və mehribanlıq göstərmək cəmiyyətdə sevgi bağlarını möhkəmlədir və xoş əxlaqa səbəb olur. O zaman ki, bir başqası qəmgindir, onu sevindirməyə çalışın. O zaman ki, birinin çətinliyi vardır, əgər əlinizdən gəlirsə, ona yardım edin. İmam Əli (ə) buyurur: “Möminin şadlığı simasındadır, qəmi isə qəlbində gizlidir”. 

(Erfan)

Teqlər