Okt 01, 2016 15:03 Asia/Baku
  • Nemətin davamlı olmasına səbəb olan gözəl əməl
    Nemətin davamlı olmasına səbəb olan gözəl əməl

Nemətin davamlı olmasına səbəb olan gözəl əməl

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim yemək yeyər və şakir (şükür edən) olar, həmin o kəsin əcrinə malikdir ki, (müstəhəb) oruc tutar və aclığına səbir edər. O kəs ki, rifahdadır və salamatlığına görə şakirdir, həmin o kəsin əcrinə malikdir ki, giriftarlığa düçar olmuşdur, ancaq səbir edir. O kəs ki, bəxşiş əhlidir və (bu İlahi tövfiqə görə) şakirdir, həmin o kəsin əcrinə malikdir ki, məhrumdur və qənaət edir”.

Quran və hədislərimizin ən üstün fəzilət kimi bəhs etdiyi mühüm mövzulardan biri – şükür etmək mövzusudur. İslam dini istəyir ki, müsəlmanlar yəqinlik dərəcəsinə çatıb, həyatının həm rifah və həm də çətin anlarında Allaha şükür edə bilsinlər. Nəinki nemətlərə görə şükür etməlidir, ariflərin nəzərinə görə insan ona çatan müsibətə görə də Allaha şükür etməlidir. O kəs ki, bəlaya düçar olar və Allaha buna görə həmd edər ki, çox sayda bəlalar arasından ancaq birinə düçar olmuşdur. Alimlərin nəzərinə görə şükür dərəcəsi səbir dərəcəsindən daha yüksəkdir və deyirlər ki, şükür etmək razılıqdan irəli gəlir.

Şükür etmək – səadətin qapısı və böyük İlahi bərəkət bulağıdır. Şükür etmək insanı günü-gündən Allaha yaxınlaşdırar və bəndələrin Allaha olan sevgisini daha da gücləndirər.

Ona görə də şükür etmək dildə deyilən qədər sadə bir mövzu deyildir. Əslində mühüm bir ibadətdir ki, onun doğru yolunu öyrənib, əməl etmək lazımdır. Şükür etmək nemətlərin davamlı olmasına və artmasına səbəb olar.

İmam Hüseyn (ə) buyurur: “Sənin keçmiş nemətlərə görə şükür etməyin, gələcək neməti hazır edər”.

Əksinə insan əgər nemətə küfr edərsə, nemət ondan üz çevirər və aradan gedər. İmam Sadiqin (ə) nəzərinə görə, Allahın kitabında küfrin beş forması bəyan olunmuşdur ki, onlardan biri də nemətə küfr etməkdir. (Erfan)

İlahi şükür nə üçün zəruridir?

1. İnsanın fitrəti belədir ki, əgər ona kimsə nemət verərsə, gərək həmin nemətə görə təşəkkür etsin. Əks halda ağlı onu qınayacaqdır. O zaman ki, insan Allahın ona sonsuz nemətlər verdiyini dərk edər – lazım bilər ki, Allahı tanısın və Ona təşəkkür etsin. Ona görə də şükür etmək şəri vacibatdan çox, əqli vacibat olar.

2. Allah bəndələrinin şükür etməsindən ehtiyacsızdır, ancaq bəndələrinin mənfəətinə görə onları şükür etməyə dəvət edir. Quran nemətə küfr etməyi pis əməllərdən hesab edir və ona görə əzab vəd edir.

3. Şükür etmək insanı hər gün Allaha bir addım daha çox yaxınlaşdırar və insanın Allahla olan bağlarını möhkəmləndirər.

4. Heç kəs Allahın bütün nemətlərinə görə lazım olan qədər şükür edə bilməz. Bəndənin ən üstün şükrü odur ki, İlahi nemətlər qarşısındakı acizliyini bildirsin və Allah qarşısında olan təqsirlərinə görə üzr istəsin.

Teqlər