"Məhəmməd (s) Allahın Elçisi" filmi oktyabrın 28-də Türkiyədə nümayiş olunacaq
https://azeri.sahartv.ir/radio/İslam_-i238310-məhəmməd_(s)_allahın_elçisi_filmi_oktyabrın_28_də_türkiyədə_nümayiş_olunacaq
"Məhəmməd (s) Allahın Elçisi" filmi oktyabrın 28-də Türkiyədə nümayiş olunacaq
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2016 09:16 Asia/Baku

"Məhəmməd (s) Allahın Elçisi" filmi oktyabrın 28-də Türkiyədə nümayiş olunacaq

Həzrəti Rəsulallahın (s) uşaqlıq dövrünü əhatə edən "Məhəmməd (s) Allahın Elçisi" filmi oktyabrın 28-də Türkiyədə nümayiş olunacaq.

 

Anadolunun verdiyi məlumata əsasən, iranlı rejissor Məcid Məcidinin ssenarisini yazdığı və prodüsseri olduğu filmin kino-teatrlarda nümayiş olunmadan əvvəl, türkcə dublyajlı fraqmenti nümayiş olunub.

 

Filmdə Məhəmməd (s) peyğəmbərin dünyaya gəldiyi gündən 12 yaşına qədər olan dövrü və o illərdə Məkkədə baş verən hadisələrdən danışılır.

 

Sareh Bayat, Mohsen Tanabandeh, Rəna Azadivar, Əli Rza Şoja-nuri və Mina Sadati kimi aktyorların iştirak etdiyi film türkcə dublyaj edildikdən sonra tamaşaçıya nümayiş olunacaq.