Niyə İmam Əliyə (ə) Heydəri-Kərrar deyirdilər?
Niyə İmam Əliyə (ə) Heydəri-Kərrar deyirdilər?
Ərəb dilində “heydər” sözünün mənası “şir” deməkdir. İmam Əlinin (ə) şir adlandırılmasına görə iki nəzər vardır. Bir nəzərə görə İmam Əli (ə) döyüş meydanında şücaət göstərdiyinə və mahir ordu rəhbəri olduğuna görə onu belə adlandırmışdılar. Bir nəzərə görə də İmam Əlinin (ə) mübarək bədəninin möhkəm və əlləri güclü olduğu üçün onu Heydər adlandırmışdılar. O cavanın ki, möhkəm bədəni və güclü biləyi olar, ona hadir deyirdilər.
Bəzilərinin dediyinə görə, heydər sözünü mənası uzaqgörəndir. Yəni, o kəs ki, dəqiq məsələlər haqqında düşünür və onların tutumlarına diqqət edir.
Bəzi hədislərə görə İmam Əlinin (ə) adlarından biri Heydər olmuşdur. Belə ki, İmam (ə) Xeybər döyüşündə yəhudi pəhləvan Mərhəblə üzləşən zaman özünü Heydər adı ilə təqdim edir.
İmam Əliyə (ə) Kərrar ləqəbini Peyğəmbər (s) vermişdir. Belə ki, “kərrar” sözünün mənası odur ki, “döyüşdə davamlı olaraq hücum edən”. Həzrət Peyğəmbər (s) Xeybər qalasını fəth etmək üçün oraya çox sayda ordu rəhbəri göndərir, ancaq onlar müvəffəq ola bilmirlər. Bu zaman Həzrət (s) buyurur: “Sabah özüm kimi bir insanı onlara tərəf göndərəcəyəm. O, Allah və Rəsulunu sevir, həm də Allah və Rəsulu onu sevir. O, qaçmayan, hücum edəndir. Qayıtmaz o zamana qədər ki, Allah fəth və qələbəni ona verər”.
Həzrətin (s) bu sözlərindən sonra hamı intizarla həmin şəxsin kim olduğunu gözləyir. Sabah olur və Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) yəhudilərə tərəf göndərir. Həzrət onu (s) Heydəri-Kərrar adlandırır. Yəni, qaçmayan, hücum edən. (Erfan)