-
Ruhani: İran, Türkiyə və Rusiyanın səyləri Suriyada böyük nailiyyətlərlə nəticələndi
Apr 04, 2018 12:05İran İslam Respublikası prezidenti deyib: İran, Türkiyə və Rusiyanın səyləri Suriyada terrorçularla mübarizədə böyük nailiyyətlərə səbəb oldu. Bu səylər Suriya xalqının dincliklə öz ölkələrində yaşaya biləcəkləri zamana qədər davam etməlidir.
-
Türkiyə prezidenti İran prezidentini qarşılayıb
Apr 04, 2018 09:46İran, Rusiya və Türkiyə dövlət başçılarının Suriya haqda üçtərəfli zirvə toplantısında iştirak etmək məqsədilə Ankaraya səfər edən İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmən qarşılanıb.
-
Ruhani: Suriya dövlətinin icazəsi olmadan xarici qüvvələrin iştirakı qanunsuzdur
Apr 03, 2018 16:01İran İslam Respublikasının prezidenti deyib ki, Suriya dövlətinin icazəsi olmadan xarici qüvvələrin bu ölkədə iştirakı qanunsuz və məntiqsizdir və bu prosesə son qoymaq lazımdır.
-
Ruhani: Qonşular və dünya ilə səmərəli anlaşma İranın prinsipial siyasətlərindəndir
Apr 03, 2018 09:30İran İslam Respublikasının prezidenti qonşular və dünya ilə səmərəli anlaşmanı İranın prinsipial siyasətlərindən adlandırıb.
-
Ruhani: Xəzər dənizi ölkələrin birlik və əməkdaşlıq dənizinə çevrilib
Mart 29, 2018 11:24İran İslam Respublikası prezidenti bu gün Xəzər dənizinin ölkələr arasında birlik və həmrəylik mehvərinə çevrildiyini deyərək, əlavə edib: Bədxahların ixtilaf amilinə çevirməyə çalışdıqları məsələ bu gün ölkələr arasında birlik, həmrəylik və əməkdaşlıq mehvərinə çevrilib.
-
İran və Azərbaycan prezidentlərinin iştirakı ilə "Xəzər" avtomobilqayırma zavodu və Astara-Astara dəmir yolu layihələri istifadəyə verildi
Mart 29, 2018 09:33İran İslam Respublikası prezidenti Həsən Ruhani və Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən İran-Azərbaycan Biznes Forumunda "Xəzər" avtomobilqayırma zavodu və Astara-Astara dəmir yolunu istifadəyə veriblər.
-
Ruhani: İran və Azərbaycanın inkişafı və təhlükəsizliyi bir-birinə bağlıdır
Mart 29, 2018 09:14İran İslam Respublikası prezidenti Tehranın Azərbaycanın inkişafı və təhlükəsizliyini öz inkişafı və təhlükəsizliyi hesab etdiyini deyərək, əlavə edib: İran, Azərbaycanın təhlükəsiz olduğu zaman təhlükəsizliyə malikdir.
-
Tehran-Bakı əlaqələrinin inkişafına növbəti təkid
Mart 29, 2018 05:09İran İslam Respublikası və Azərbaycan Respublikası prezidentləri Tehran-Bakı əlaqələrinin yüksələn xətt üzrə inkişaf etməsini yüksək qiymətləndirərək bildiriblər ki, tərəflər bu əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsində əzmkardırlar.
-
Ruhani: Tehran-Bakı əməkdaşlıqları iki ölkə xalqları, region və dünya xalqlarının mənafeyini təmin edir
Mart 28, 2018 17:06İran İslam Respublikası prezidenti deyib: İran və Azərbaycan Respublikası arasında önəmli əməkdaşlıq sənədlərinin imzalanması, qarşılıqlı hörmət, müştərək mənafeyə və dinc qonşuluq münasibətlərinə diqqət əsasında həyata keçib və hər iki ölkə xalqları, region xalqları və hətta dünyanın mənafeyini təmin edəcək.
-
Azərbaycan prezidenti Ruhanini rəsmən qarşıladı; Bakıda ikitərəfli müzakirələr başlandı
Mart 28, 2018 13:12İran İslam Respublikası prezidenti Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən rəsmən qarşılanıb.