-
İranda baş verən zəlzələnin ardınca ölkədə ümumi matəm elan edilib
Noy 14, 2017 09:27İranın qərbində baş verən zəlzələnin çoxsaylı insan tələfatına səbəb olmasını nəzərə alaraq, İranın nazirlər kabineti bazar ertəsi günü axşam bir qərar qəbul edərək, çərşənbə axşamı gününü ölkədə ümumi matəm elan edib.
-
Ruhani: Acı zəlzələ hadisəsi İran xalqını kədərləndirib və narahat etdi
Noy 13, 2017 20:48İran İslam Respublikası prezidenti deyib: İranın qərbiində baş verən acı zəlzələ hadisəsi və bir qrup vətəndaşımızın ölməsi bütün İran xalqını kədərləndirib və narahat edib.
-
İraq Kürdüstanında zəlzələ qurbanlarının sayı artır
Noy 13, 2017 19:35İraq Kürdüstanının Səhiyyə İdarəsinin rəisi ötən gecə baş vermiş zəlzələdə ölənlərin sayının 7 nəfərə, yaralıların sayının isə 300 nəfərə çatdığını bildirib.
-
İranda zəlzələ qurbanlarının sayı ilə bağlı ən son məlumat
Noy 13, 2017 17:38İranın Böhranları İdarəetmə Mərkəzinin sədr müavini Behnam Səidi bazar ertəsi günü axşam deyib: İndiyə kimi zəlzələ nəticəsində 341 nəfərin həlak olduğu, 5953 nəfərin isə yaralandığı qeydə alınıb.
-
İran prezidenti: Dövlət bütün imkanları ilə zəlzələdən zərərçəkənlərin kənarında olacaq
Noy 13, 2017 14:28İran İslam Respublikası prezidenti ölkənin qərb ostanlarında zəlzələdən zərərçəkmiş insanların kədərini bölüşüb və deyib: Dövlət bütün imkanları ilə zəlzələdən zərərçəkmişlərin kənarında olacaq.
-
İlham Əliyev Prezident Həsən Ruhaniyə başsağlığı verib
Noy 13, 2017 13:25Azərbaycan Respublikası prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.
-
BMT baş katibi İran və İraqda baş vermiş zəlzələ ilə əlaqədar başsağlığı verib
Noy 13, 2017 12:15BMT-nin baş katibi İran və İraqda zəlzələdən zərərçəkənlərin kədərini bölüşdüyünü elan etməklə yanaşı, bu təşkilatın zərərçəkmişlərə yardım etməyə hazır olduğunu bildirib.
-
BMT-nin Tehrandakı nümayəndəsi İranda baş vermiş zəlzələnin ardınca başsağlığı verib
Noy 13, 2017 11:12BMT-nin Tehrandakı nümayəndəsi zəlzələ nəticəsində bir qrup insanın həyatını itirməsi və yaralanması münasibəti ilə İran xalqı və dövlətinə başsağlığı verib.
-
İranın daxili işlər naziri: Bütün orqanlar zəlzələdən zərərçəkənlərə yardım etmək üçün səfərbər edilib
Noy 13, 2017 11:06İran İslam Respublikasının daxili işlər naziri ölkə prezidenti Həsən Ruhaninin zəlzələdən zərərçəkmiş məntəqələrin problemlərinin aradan qaldırılması üçün bütün orqanların səfərbər edilməsi haqdakı göstərişinə işarə edərək, deyib: bütün orqanlar zəlzələdən zərərçəkənlərə yardım etmək üçün səfərbər edilib.
-
İnqilab Rəhbəri ölkə rəsmilərini zəlzələdə zərərçəkənlərə yardım etməyə səy göstərməyə səsləyiblər
Noy 13, 2017 10:42İslam İnqilabının Böyük Rəhbəri İranın qərbində zəlzələnin baş verməsi, bir qrup insanın həyatını itirməsi və yaralanmasının ardınca müraciət ediblər.