Apr 10, 2020 20:59 Asia/Baku
  • Azərbaycanda indiyədək 991 nəfər koronavirusa yoluxub
    Azərbaycanda indiyədək 991 nəfər koronavirusa yoluxub

Azərbaycanda daha 65 nəfərdə koronavirus aşkarlanıb, bir nəfər vəfat edib, 58 nəfər sağalıb.

Azərbaycan Respublikasında 65 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib, 58 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

İndiyədək Azərbaycanda 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdanverilən məlumata görə, onlardan 159 nəfəri müalicə olunaraq sağalıb, 10 nəfər vəfat edib, 822 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 61342 test aparılıb.

Azərbaycanın işğal altında olan ərazilərində daha iki nəfərin koronavirusa yoluxduğu məlum olub.

bundan əvvəl işğal altında olan ərazilərdə 3 nəfərdə koronavirus aşkarlandığı açıqlanmışdı.

AR-DA İNDİYƏDƏK 991 NƏFƏR KORONAVİRUSA YOLUXUB

Şərhlər