İyul 11, 2015 14:02 Asia/Baku
  • Zərif və Kerri, müavinlərinin iştirakı ilə Vyanada görüşüblər
    Zərif və Kerri, müavinlərinin iştirakı ilə Vyanada görüşüblər

İranın xarici işlər naziri və ABŞ-ın dövlət katibi öz müavinlərinin iştirakı ilə Vyanada görüşüblər.

ISNA-nın məlumatına görə, nüvə müzakirələri şənbə günü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və ABŞ-ın dövlət katibi Con Kerrinin Vyananın Koburg otelində danışıqlar aparmaları ilə başlanıb.
İran və Amerika, eləcə də İran və 5+1 qrupunun ekspertləri və xarici işlər nazrilərinin müavinləri cümə günü ardıcıl danışıqlar keçiriblər. Cümə axşamı günü İran və Amerika rəsmilərinin ifadələri nüvə müzakirələri gedişinin elə bir irəliləyişə malik olmasından xəbər verməsə də, cümə günü ABŞ-ın dövlət katibi yerdə qalan məsələlərin nəzərəçarpacaq hissəsinin həllindən və müzakirələrdə irəliləyişdən söz açıb.
İran və 5+1 qrupunun xarici işlər nazriləri Çin və Rusiya çıxılmaq şərti ilə Vyanadadırlar.
Vyana müzakirələrinə yaxın bəzi qaynaqlar bildiriblər ki, müzakirələr bazar ertəsi günündən uzun sürməyəcək.

Teqlər