Mart 20, 2017 17:57 Asia/Baku
  • Ərdoğan bir daha Avropanı terror qrupları ilə əlbirlikdə ittiham edib
    Ərdoğan bir daha Avropanı terror qrupları ilə əlbirlikdə ittiham edib

Türkiyənin prezidenti Rəcəb Tayyıp Ərdoğan bir daha avropalı ölkələri terror qrupları ilə həmkarlıq və əlbirlikdə ittiham edib.

IRNA-nın məlumatına görə, o, bu gün İstanbulda Türkiyənin əsas qanununun islahı üzrə referendum ilə bağlı təbliğat kampaniyasında çıxış edərək, deyib: Avropa ölkələri türkiyəli nazirə və parlament üzvünə çıxış icazəsi vermir, amma PKK üzvlərinin Avropada toplaşmaları ilə müxalifət etmirlər.

O, vurğulayıb: Türkiyəyə qarşı hərəkətlər yeni mərhələyə daxil olub və bundan öncə muzdur və terror qruplarını silahlandırmaqla təzyiq göstərən ölkələr daha birbaşa surətdə meydana giriblər və bu ölkələrin simalarından nüqab düşübdür.

Türkiyənin Avropa ölkələrilə əlaqələrində gərginlik son ik həftə ərzində türk rəsmilərin bu ölkənin əsas qanununun islahı üzrə referendum haqda Avropanın müxtəlif şəhərlərində təbliğat çıxışlarının qadağan olunmasından sonra özünün kulminasiya nöqtəsinə çatıbdır.