İyul 16, 2017 15:51 Asia/Baku
  • Müsəlmanlar Myanma ordusunun cinayətlərini ifşa ediblər
    Müsəlmanlar Myanma ordusunun cinayətlərini ifşa ediblər

Myanmanın qərbində Ruhingiya qadın müsəlmanları beynəlxalq mediyaya müsahibələrində bu ölkə ordusunun törətdiyi cinayətlərin bir hissəsini ifşa ediblər.

Röytersin verdiyi məlumata görə, Ruhingiya qadınları ilk dəfə olaraq Myanmanın Raxin vilayətində yerləşən bir kəndə səfər edən beynəlxalq mediyaların jurnalistlərinə deyiblər ki, Myanma ordusu bu kənddə əkin sahələrində çalışan gəncləri oğurlayıblar. 

Raxin vilayətində beynəlxalq jurnalistlərin daxil olması elə bir şəraitdə baş tutur ki, Myanma dövləti dəfələrlə BMT-nin təhqiqat komitəsinin Ruhingiya müsəlmanlarına qarşı təcavüz və işgəncə hallarının araşdırılması xüsusundakı çağırışlarına qarşı çıxıb. 

2016-cı il oktyabr ayından başlanan İfratçı buddistlər və Myanma ordusu qüvvələrinin Ruhingiya müsəlmanlarına qarşı hücumlarında indiyədək onlarla müsəlman öldürülüb və 90 min adam didərgin düşüb. 

Ruhingiya müsəlmanları Myanmada vətəndaş hüququndan məhrum edilib və 120 mindən çox müsəlman düşərgələrdə acınacaqlı şəraitdə yaşamaqdadır. 

Teqlər