İyul 17, 2017 19:50 Asia/Baku
  • Sergey Lavrov
    Sergey Lavrov

Rusiya xarici işlər naziri Rusiyanın Nyu-York və Merilandda müsadirə olunan binaları məsələsində ABŞ-ın davranış formasını günün günortaçağı oğurluq adlandırıb.

RİA-Novosti İnformasiya Agentliyinin məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın diplomatik binaları məsələsində ABŞ hökumətinin ön şərt qoymasını günün günortaçağı oğurluq adlandırıb və yaranmış vəziyyəti tənqid edib. 

Rus rəsmisi bildirib: Rusiyanın Nyu-York və Meriland ştatlarında diplomatik binalarının əmlakının dondurulması prosesinin dəstəklənməsi yolkənarı quldurların funksiyasına bənzəyir. 

Vaşinqton 2016-cı il dekabr ayında Rusiyanın ABŞ prezident seçkilərində müdaxiləsini iddia edərək Rusiyanın Nyu-York və Meriland ştatlarındakı diplomatik nümayəndəliyinin binalarının əmlakını dondurub və 35 rus diplomatı ölkədən çıxarıb. Son məlumatlara görə, Ağ Ev rəsmilərindən biri bildirib ki, Rusiyanın əmlakı əvəzsiz olmadan bu ölkəyə qaytarılmayacaq. 

Moskva da qarşılıqlı olaraq hədələyib ki, diplomatik fəaliyyət adı altında Moskvada çalışan çoxlu sayda amerikalı casus vardır. Onlardan bəzisini qarşılıqlı addım olaraq ölkədən çıxaracaq. 

Məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla ABŞ dövlət katibinin müavini Tomas Şanonun bazar ertəsi günü baş tutan görüşü bu məsələdə təyinedici olacaq. 

Teqlər