Avq 13, 2017 08:52 Asia/Baku
  • Çarlotesvil meri: Baş verənlərdə Tramp məsuliyyət daşıyır
    Çarlotesvil meri: Baş verənlərdə Tramp məsuliyyət daşıyır

Amerikanın Virciniya ştatının Carlotesvil şəhərinin meri bu şəhərdə irqçilik zəminində baş verən son zorakılıq hallarında Tramp hökumətinin məsuliyyət daşıdığını bildirib.

Fars xəbər agentliyinin bildirdiyinə görə, Maykl Siqner bu gün səhər çağı bildirib ki, ABŞ prezidenti Donald Trampın səhv siyasətləri bu şəhərdə son günlər irqçilərlə irqçiliyə qarşı olanlar arasında  baş verən qarşıdurmalar və zorakılıq hallarının əsas amilini təşkil edir. 

Cümə günündən başlayaraq Çarlotesvil şəhərində ağdərililərin irqi üstünlüyünə inananlarla onların müxalifləri arasında şiddətli toqquşmalar davam edir. 

Dünən axşam çağı bir avtomobil bu şəhərdə irqçiliyə qarşı aksiya keçirənlərin üsünə sürərək 1 nəfərin ölümü, 35 nəfərin yaralanmasına səbəb olub. 

Hadisə yeri üzərində uçuş keçirən Virciniya polisinə məxsus bir ədəd vertolyot da qəzaya uğrayıb və onun iki sərnişini ölüb. 

 

Teqlər