Sen 05, 2017 12:13 Asia/Baku
  • NATO Əfqanıstanın şərqində bir toy mərasimini bombaladı
    NATO Əfqanıstanın şərqində bir toy mərasimini bombaladı

Şimali Atlantika Alyansı NATO Əfqanıstanın şərqində bir toy mərasimini bombalayıb.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, NATO-nun pilotsuz uçan aparatları dünən Əfqanıstanın şərqində, Qəzney vilayətində yerləşən Qarabağ məntəqəsində bir toy mərasimini bombalayıb. Nəticədə 2 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. 

Bəzi mənbələr bu hadisədə 20 nəfərin həlak olduğunu bildirirlər. 

ABŞ hərbçiləri və NATO qüvvələri Əfqanıstanda davamlı olaraq xəstəxanalar, yaşayış məntəqələri və toy və yas mərasimlərini hədəfə alaraq, sivil əhali arasında insan tələfatına səbəb olurlar. 

Hal hazırda Əfqanıstanda 14 min xarici hərbçi var. Onların 11 min nəfəri ABŞ hərbçiləridir. Vaşinqton Əfqanıstandakı hərbçilərinin sayını artırmaq istəyir. 

ABŞ 2001-ci ildən Əfqanıstanda hərbi iştiraka malikdir. Lakin, bu müddət ərzində sivil əhalinin qırğın edilməsi və infrastrukturların dağıdılmasından başqa Əfqanıstana heç bir töhfə verməyib. Və Əfqanıstanda gərginlik hər gün artır. 

Teqlər