Sen 14, 2017 19:18 Asia/Baku
  • Hindistan vətəndaşları Myanma müsəlmanlarının qırğınına etiraz etdi

Yüzlərlə Hindistan müsəlmanı Myanma müsəlmanlarının qırğın edilməsinə etiraz olaraq paytaxt Yeni Dehlidə aksiya keçirib.

İRNA-nın məlumatına görə, Hindistan müsəlmanları Yeni Dehlidə Myanma səfirliyi yaxınlığında aksiya keçirərək Myanmada rohinca müsəlmanlarının qətliam edilməsini pisləyiblər. 

Hindistanlı etirazçılar Myanma dövlətinə ölüm şüarları səsləndirərək müsəlmanların soyqırımına nifrətlərini bildiriblər. 

Etirazçılar həmçinin Hindistan baş naziri Narndra Mudinin Myanmaya səfərinə etiraz edərək Yeni Dehlidən istəyiblər ki, rohinca müsəlmanlarının qırğın edilməsini dayandırmaq üçün Myanma dövlətinə təzyiq məqsədilə bütün vasitələrdən istifadə etsin. 

Yeni Dehli məscidinin imam cüməsi Məhəmməd Rəfiq günahsız rohinca müsəlmanlarının qırğın edilməsinə reaksiyada deyib: BMT və insan haqları iddiaçılarının sükutu bu təşkilatların yalançılıq mahiyyətini üzə çıxardı. 

Teqlər