Okt 07, 2017 12:54 Asia/Baku
  • Banqladeş vətəndaşları rohinca müsəlmanlara dəstək üzrə aksiya keçirdi
    Banqladeş vətəndaşları rohinca müsəlmanlara dəstək üzrə aksiya keçirdi

Banqladeş vətəndaşları aksiya keçirərək Myanmada rohinca müsəlmanlarını dəstəkləyiblər.

France Pressin məlumatına görə, minlərlə Banqladeş vətəndaşı Çitaqonq liman şəhərində aksiya keçirərək Myanma ordusu və radikal buddistlərin rohinca müsəlmanlarının qırğın edilməsinin dayandırılmasını tələb edib. 

Aksiyaçılar həmçinin Banqladeş hökumətindən rohinca müsəlman didərginlərini ehtiyac duyulan vasitələrlə təmin etməsini istəyiblər. 

Kütləvi İnformasiya Vasitələri də cümə günü Myanmada rohinca müsəlmanlarının qırğın edilməsinin davam etməsindən xəbər veriblər. 

Bu arada Banqladeşdə yerli təşkilatlar rohinca didərginləri, uşaqlar və qadınlar arasında müxtəlif xəstəliklərin yayılması və ərzaq çatışmazlığından xəbər veriblər. 

Myanmanın qərbində Raxin əyalətində rohinca müsəlmanlarının ordu tərəfindən genişmiqyaslı repressiya olunması ötən 25 avqustdan başlanıb. Nəticədə 6 min müsəlman qətlə yetirilib, 8 min nəfər yaralanıb, təxminən 800 min nəfər də Banqladeşə qaçıb. 

Teqlər