Yan 12, 2018 20:04 Asia/Baku
  • Amerika xalqı Quantanamo məhbuslarının azad edilməsi üçün aksiya keçirib
    Amerika xalqı Quantanamo məhbuslarının azad edilməsi üçün aksiya keçirib

Yüzlərlə nəfər ABŞ paytaxtında aksiya keçirərək, Quantanamo məhbuslarının azad edilmələrini tələb edib.

Vaşinqton DC-də keçirilən aksiyanın iştirakçıları Quantanamo məhbuslarının azad edilməsini tələb ediblər. Onlar Amerikada islamofobiyaya və irqi ayrı-seçkiliyə son qoyulmasını istəyiblər.

Əllərində plakatlar tutmuş aksiyaçılar Quantanamo məhbəsində müsəlmanların qanunsuz olaraq həbs və işgəncə olunmalarını pisləyiblər.

Bu aksiyada ondan yuxarı natiq çıxış edib. Onların arasında insan haqları fəalları, yazıçılar və siyasi xadimlər olubdur.