Mart 14, 2018 10:02 Asia/Baku
  • NATO rəsmisi Rusiyanı təhdid adlandırdı

NATO qüvvələrinin Avropadakı komandanı Rusiyanı bu qitənin təhlükəsizliyi üçün təhdid və onunla hərbi mübarizəni bu təşkilatın prioriteti adlandırıb.

National İnterest portalının məlumatına görə, Şimali Atlantik Alyansı NATO-nun Avropadakı qüvvələri komandanı Kurtis Skaparrotti iddia edib ki, Rusiya regionu destabilləşdirməklə bağlı öz hərəkətlərini davam etdirir və Avropanın təhlükəsizliyi sahəsində beynəlxalq tarazlıqlara etina etmir. 

Skaparrotti təhdid edib ki, Rusiya ilə mübarizə üçün müxtəlif seçimlər vardır və hərbi mübarizə ssenarisi onlardan biridir. 

NATO rəsmisi eyni zamanda etiraf edib ki, NATO-nun hərbi qüvvələri Rusiya təhdidi ilə mübarizə üçün yetərli deyil və ABŞ dövləti Rusiyaya önləyicilik üçün vahid strategiya nəzərdə tutmalıdır. 

Skaparrotti həmçinin deyib: Rusiya Yaxın Şərqdə İsrail rejiminin təhlükəsizliyi və ABŞ-ın mənafeyinə mənfi təsir göstərib. 

Moskva Rusiya sərhədləri yaxınlığında NATO qüvvələrinin olması haqda dəfələrlə xəbərdarlıq edib və bildirib ki, bu hərəkətlərə qarşılıqlı reaksiya veriləcək. 

Teqlər