Mart 14, 2018 21:28 Asia/Baku
  • Sionist rejim dünyada 5-ci silah ixracatçısıdır

Sionist rejim dünyada 5-ci silah satıcısıdır və Hindistan, Vyetnam və Azərbaycan ötən ildə bu rejimdən ən çox silah alan ölkələr olublar.

Fars Xəbər Agentliyinin məlumatına görə, Stokholm Beynəlxalq Sülh Araşdırmalar Müəssisəsi öz yeni hesabatında bildirib: Sionist rejim dünyada 5-ci böyük silah satıcısı olaraq 2017-də 1 milyard 26 milyon dollar dəyərində silah atıb.

Bu arada Yerusəlim Post qəzeti 2017-də Hindistan hökumətinin 715 milyon dollar, Vyetnamın 142 milyon dollar, Azərbaycanın isə 137 milyon dollar dəyərində sionist rejimdən silah satın aldıqlarını bildirib.

Stokholm Müəssisəsinin bildirdiyinə görə, sionist rejim ötən ildə silah idxalatı üzrə 17-ci yerdə qərarlaşıb və 528 milyon dollar dəyərində idxalatı olub. Bunun 97,5%-i ABŞ silahları, qalanları isə Almaniya silahlarıdır.

Həmçinin statistikalar göstərir ki, sionist rejim ötən ildə 11 milyon dollar dəyərində Myanmaya silah satıb.