May 17, 2018 15:55 Asia/Baku
  • Fələstinə dəstək aksiyası - Paris
    Fələstinə dəstək aksiyası - Paris

Parisdə yaşayan yüzlərlə müsəlman sionist rejim əleyhinə aksiya keçirərək, sionist rejimin fələstinlilərə qarşı son cinayətlərini qınayıblar.

Parisdən  yüksələn müqavimət fəryadı. Fransada yaşayan yüzlərlə müsəlman Parisin məşhur Eyfel qülləsinin kənarında, Trokadero meydanında bir araya gələrək, İsrail rejiminin fələstinlilərə qarşı vəhşiliklərini qınayıb.

Aksiya iştirakçılarından biri deyir: “Mən Fələstin xalqını himayə etmək üçün burdayam. Fələstində müdafiəsiz insanların qırğın edilməsi adi hala çevrilib. Ümidvaram dünya ictimaiyyəti Fələstinin müdafiəsinə qalxsın.”

Fransızlar və insan haqları müdafiəçilərinin də qatıldığı bu aksiyada, bayraqlar fərqli olsa da, hamı bir səslə Fələstin xalqının məzlumluğunu fəryad edirdi. Onlardan biri deyir: “Ötən günlərdə fələstinlilərə qarşı törədilən qırğınlar bəşəriyyət əleyhinə bir cinayətdir. İsrail üçün istədiyi hər işi görməsi üçün daim yaşıl işıq mövcuddur. Və Fransa da daxil olmaqla ölkələr bu cinayət qarşısında sükt edirlər.”

Etiraz aksiyasının sonunda qiraət olunan bəyanatda dünya ölkələri başçıları və beynəlxalq təşkilatlardan, sükut etməklə İsrailin cinayətlərinin şərikinə çevrilməmələri istənilib.

Aksiya iştirakçılarından biri deyir: “Bütün dünya xüsusilə də Ərəb dünyası ölü kimi sükut edir. İsrail rejimi bütün beynəlxalq qanunları pozur. Dünyanın ən güclü ordusuna malik olduğunu iddia edən bu cinayətkar rejim məzlum bir xalqı qırğın etməklə məşğuldur. Yeganə arzusu doğma torpaqlarının işğaldan azad edilməsi olan bir xalqı.”

Parisdə keçirilən anti-sionist aksiyasında başlıca tələb olaraq İsrail istehsalı olan məhsulların boykot edilməsi tələbi qaldırılmışdı.